SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubada yeni dərs ili ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir

Qubada yeni dərs ili ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir

Tarix:

13-09-2019, 12:50

/ 929 dəfə oxundu.
Qubada yeni dərs ili ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir

Quba rayonunda yeni dərs ilinin başlanması ilə əlaqədar xoşagəlməz hadisələrin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması üçün yol nişanlarının dəyişdirilməsinə, piyada keçidlərinin rənglənməsinə və yeni zolaqların salınmasına başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polis İdarəsinin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində bölmə əməkdaşları tərəfindən rayon ərazisində olan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 50-dən artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə təhsil ocaqlarının qarşısında da yeni zolaqlar salınıb.

Bundan əlavə DYPB əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ