"Məni “Bülənt Ərsoy"la kim səhv salıb?" - ADP-çı Baş nazirə məktub yazdı, elə cavab aldı ki...
"Cənab nazir, Aslanın erkəyi dişisi olmaz! Özünüzü biabr etməyin!".
Bu sözləri ADP İmişli rayon təşkilatının sədri Məhbub Zülfqarlı Səhiyyə naziri Oqtay Şirəliyevə şikayət məktubunda yazıb.
O bildirib ki, bir müddət əvvəl Baş nazir Novruz Məmmədova rayon səhiyyə və epidiomolji sahələrində baş verənlərlə bağlı məktub yazıb: "Baş nazir də bu məktubu Oqtay Şirəliyevin üzərinə yönləndirib. Səhiyyə Nazirliyi isə cavab yazıb ki, şikayətini aidiyyatı ünvanlara yollayın. Başa düşmədim, Epidiomologiya Mərkəzi Səhiyyə Nazirliyinə tabe deyilmi? İmişlinin baş həkimini Oqtay Şirəliyev təsdiq etməyibmi? Edibsə, o zaman şikayətlərimizi nədən məsələn, Təhsil Nazirliyinə, Sosial Müdafiə Nazirliyinə göndərməliyik?
Bu nazirliyin belə əcaibliyi bir yana qalsın, hələ mənə cavab da da sanki "cinsiyyət cərahiyyəsi" aparıblar, baxın, sanki qəsdən, sifarişlə şikayətlərimə cavab olaraq mənə ünvanladıqları cavab məktubunda və paket üzərinə "Məhbubə Zülfüqarova" yazıblar. Sözsüz ki, dərhal Prezidentə, Baş nazirə və Oqtay Şirəliyevə açıq məktubla şikayət etdim. Ki, Səhiyyə Nazirliyi məni "Bülənt Ərsoy"la səhv salıb və yoxsa bunu qəsdən, kimin sifarişi ilə ediblər?".
Bu yerdə təşkilat sədri xatırladır ki, 2017-ci ilin iyun ayında haqqında yazdığı şikayətə görə 5 il 6 gün həbsinə səbəb olmuş şəxs də vaxtı ilə adının sonuna "Ə" hərfi əlavə etməklə, onun şəxsiyyətini belə alçaltmağa cəhd edib: "Maraqlıdır ki, indi də o və yaxın ətrafının maraqlarına toxunan şikayətimə verilən cavab da eynən belə sataşma var. O üzdən Oqtay Şirəliyevə üz tutub deyirəm: cənab nazir bundan xəbərin varmı? Yoxdursa, o zaman bu kobud səhvu edən əməkdaşını cəzalandır. Varsa, açıq de, işimizi bilək, məhkəmədə görüşək!"...
Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini də dinləməyə hazırıq.
Mia.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...