SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Arzu Rəhimovu şantaj edib vəzifəyə sahib olan Nizami Nəbiyev, Cəlilabadda daha kimləri şantaj edir?

Arzu Rəhimovu şantaj edib vəzifəyə sahib olan Nizami Nəbiyev, Cəlilabadda daha kimləri şantaj edir?

Tarix:

10-09-2019, 09:07

/ 2 505 dəfə oxundu.
Arzu Rəhimovu şantaj edib vəzifəyə sahib olan Nizami Nəbiyev, Cəlilabadda daha kimləri şantaj edir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postuna dolayısı yollarla təyinat alan polkovnik-leytenant Nizami Nəbiyev haqqında dosye.org-a maraqlı məlumatlar daxil olub.

Belə ki, şantaj yolu ilə vəzifə sahibi olan N. Nəbiyev dediyinə görə Cəlilabad rayonunda söz sahibidir. Çəkinmədən Cəlilabad RPŞ rəisinə haqq verdiyini və polis rəisidə qarşılıqlı formada onu müdafiə edəcəyinə dair vəd verib. Bunlardan əlavə N. Nəbiyev rayon icra başçısı haqqında da bəzi xoşagəlməz fikirlər səsləndirib. Mənbə iddia edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyevin nə polis rəisi, nədə ki, icra başçısı ilə əlaqəsindən söhbət gedə bilməz. Tam səmimi etiraf edək ki, polis rəisinin rüşvətxora “krişalığ” edəcəyi inandırıcı görünmür.

Sadəcə şöbə rəisi jurnalistləri və rayon sakinlərini hədələmək üçün özünəməxsüs “piryomdan” istifadə edir. Digər bir məlumatda isə bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov birbaşa şöbə rəislərinə göstəriş vermişdir ki, saxtakarlıqlardan və rüşvətdən vaz keçsinlər. Əks təqdirdə çinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin N. Nəbiyev xidmət rəisinin tapşırıqlarını qulaqardına vuraraq rayonda gənclərimizi həqiqi hərbi xidmətdən yayındırır. Vətənpərvərlikdən ağız dolusu ilə danışan şöbə rəisi neçə ola bilər ki, müharibə şəraitində yaşadığımızı bilə-bilə öz şəxsi mənafeyini güdür.

Gah polis rəisinə haqq verdiyini, gah da icra başçısı ilə anlaşdığını söyləyən N. Nəbiyev, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun qəzəbinə tuş gəlmək üzrədir. Bütün vicudu saxtakarlığa bürünən bir şəxsin generala qalib gəldiyi isə olduqca müəmmalıdır. Ötən yazılarımızda xəbər vermişdik ki, şantaj yolu ilə şöbə rəisi postunu zəbt edən N. Nəbiyev bu minvalla güya dövlətə xidmət edir. Əslində, N. Nəbiyevin ən böyük üstünlüklərindən biri məhz “ALMA” restoranında Arzu Rəhimovu şantaj etməklə ilik addımını atdı. Bütün bunları xatırlatmaqda məqsəd odur ki, vətən qarşısında zərrə qədər xidməti olmayan və “dövlətə xidmət edirəm” şuarı altında milyonlar mənimsəyən N. Nəbiyev qanun qarşısında cavab verməli olacaq. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

Şərhlər

XƏBƏR LENTİ