Gəncənin məşhur oteli məhkəməyə verildi - Səbəb isə...
Gəncədə yerləşən “Delux” otelin pəncərəsindən yıxılan 3 yaşlı uşaq və əmisinin ailəsi məhkəməyə müraciət edib. Bu barədə “Qafqazinfo”ya məlumatı zərərçəkmişin həyat yoldaşı Gülnar Mehrəliyeva verib.
O bidirib ki, oteldə otaq sifariş verərkən uşaqlı olduqlarını qeyd etsələr də, bu nüans nəzərə alınmayıb:
“Biz otağa girəndə gördük ki, pəncərələr yerdən və açıqdır. Elə həmin an uşaq açıq pəncərəyə qaçdı və yıxıldı. Yoldaşım Müşfiq Mehrəliyev də onu tutmaq üçün arxasınca pəncərədən əyildi və o da yerə düşdü. 30 mindən çox xərc çəkmişik, ancaq yoldaşım hələ indi komadan çıxıb, vəziyyəti ağır olaraq qalır. Uşağın isə qolu qırılıb, kəllə-beyin travması alıb.
Hər şey otelin səhlənkarlığına görə baş versə də, sonda bizi borclu çıxardılar. Heç üzr belə istənilməyib. İş Gəncə şəhər prokurorluğunda idi, gedişatdan razı qalmadığımız üçün Bakı şəhər prokurorluğuna müraciət etmişik. Ümid edirik ki, bu dəfə şikayətimizə qərəzsiz baxılacaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...