SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yol polisi əməkdaşı ilə Göyçay Təcili Yardımın həkimləri vətəndaşları dövlətdən narazı salır

Yol polisi əməkdaşı ilə Göyçay Təcili Yardımın həkimləri vətəndaşları dövlətdən narazı salır

Tarix:

3-09-2019, 14:31

/ 2 106 dəfə oxundu.
Yol polisi əməkdaşı ilə Göyçay Təcili Yardımın həkimləri vətəndaşları dövlətdən narazı salır

Göyçay sakini Mehriban xanıma müraciət edir :

Hörmətli Mehriban xanım, mən Babayev Ramin Bahəddin oğlu Göyçayda doğulmuşam. Göyçay rayonu, Cəyirli kəndində yaşayıram. Çörək pulumu taksi fəaliyyəti ilə qazanıram. Ailəliyəm, iki uşağım vardır. Heç bir yerdə işləmirəm, pensiya almıram, dövlətdən heç bir yardım almıram. Yeganə qazanc yerim taksi fəaliyyətimdir. Yasin və Nicat adlı Yol Polisi əməkdaşları məni özümü öldürmə həddinə çatdırıb.
Belə ki, 02 sentyabr 2019-cu il tarixdə Yasin və Nicat adlı Yol Polisi əməkdaşları idarə etdiyim avtomaşını saxlayıb sərxoş olub-olmamağımı soruşdu. Bildirdim ki, sərxoş deyiləm. Məni apardılar Təcili Yardım Stansiyasına və Raqif Xələfov adlı həkim məni alkotestrlə yoxladı və sərxoş olmadığım müəyyən edildi. Bu zaman yasin cəld tərpənərək həkimin stolunun üstünə pul (məbləğin bilmədim) qoydu və həkimə "yazki sərxoşdu" dedi. Bundan sonra Raqif Xələfov adlı həkim sərxoş olmağım barədə sənəd verdi. Mən bu haqsızlığa dözməyib, Ucar rayonuna getdib, Ucar Təcili Tibbi Yardım stansiyasına sərxoşluğumun yoxlanılması üçün müraciət etdim. ilk əvvəl Ucar TTY həkim R. Tağızadə Göyçay TTY-nın baş həkimi Əli Əsgərov ilə telefon əlaqəsi yaratdı, telefonda Əli Əsgərov Ucardakı həkimə "bizim işi korlama" deyəndən sonra mənim sərxoşluğumun yoxlanmasından imtina edildi. Mən Baş Dövlət Yol Polisinin 902 qaynar xətt nömrəsinə müraciət etdim, Rasim Musayev adlı BDYP-nin əməkdaşı telefonla həkimə "vətəndaşın sərxoşluğunu yoxlamalısan, imtina etməyin qanunsuzdur" deyəndən sonra sərxoş olub-olmamağım üç dəfə yoxlandı və ümumiyyətlə spirtli içməməyim müəyyən olundu. Bu barədə mənə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı verildi. Bundan sonra mənə məlum oldu ki, artıq Yasin adlı Yol Polisi Əməkdaşı barəmdə İXM-nin 333.1 və 329.1-ci maddəsi ilə protokol tərtib etmişdir.
Hörmətli Mehriban xanım, göründüyü kimi Yol Polisi Əməkdaşları ilə Göyçay TTYS-nın həkimləri vətəndaşları necə dövlətdən narazı salırlar. Hesab edirəm ki, adlarını qeyd etdiyim Yol Polisi Əməkdaşları ilə Göyçay TTYS-nin həkimləri barədə qanuni tədbir görülməlidir.
Odur ki, Yasin və Nicat adlı Yol Polisi Əməkdaşları və Göyçay TTYS-nin baş həkimi Əli Əsgərov və Raqif Xələfov barəsində vəzifə səlahiyyətini aşma, rüşvət alma və vermə maddələri ilə məsuliyyətə cəlb edilməsinə tapşırıq verməyinizi xahiş edirəm.

xalqxeber.az



Şərhlər

XƏBƏR LENTİ