Müavini "Qoca çinar" ləqəbli başçını "aşırır" - Qalmaqal
Şabran RİH-nin başçısı Novruz Novruzovun yaxın günlərdə vəzifəsindən alınacağı barədə məlumatlar yayılıb
Məlumatlara görə, yay aylarında Şabran rayonuna rəhbərliyinin 10 ili tamam olacaq Novruz Novruzov fəaliyyəti dövründə yerli sahibkarlığı inkişaf etdirmədiyinə görə ali instansiyaların qəzəbinə tuş gəlib. Əlavə olaraq Şabran rayonunda kənd təsərrüfatının da iflic vəziyyətdə olduğu bildirilir. Digər xəbərə görə isə Novruz Novruzovun qəzəbə tuş gəlməsinə səbəb rayona ayrılan milyonlarla dövlət vəsaitinin mənimsənilməsdir. Bu barədə dəfələrlə yerli mətbuatda yazılsa da, Şabran RİH-i tərəfindən məlumat təkzib edilməyib.
Qeyd edək ki, böyük fermaları və şadlıq sarayları şəbəkəsi (məlumatlara görə, paytaxt Bakıda və Sumqayıtda fəaliyyət göstərən Savalan şadlıq evləri Novruz Novruzova aiddir) olduğu iddia olunan "Qoca çinar" ləqəbli başçı artıq psixoloji olaraq vəzifəsindən getməyə hazırlaşır. Rayonda gəzən söz-söhbətlərə görə, Novruz Novruzovu birinci müavini, YAP-nın Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovun əvəzləyəcəyi ehtimalı olduqca böyükdür. Buna səbəb isə Mehdi Balabəyovun rayon idarə və müəssisə rəhbərləri və eləcə də sadə şabranlılar arasında olan nüfuzu və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında qazandığı "bacarıqlı kadr" imicidir.
Məlumata görə, Şabran rayonun bu dəqiqə o qədər ağır sosial durumdadır ki, rayonu yalnız fövqəl qabiliyyətə malik, enerjili gənc kadrlar xilas edə bilər.
Xatırladaq ki, Novruz Novruzov 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
2007-ci ildən Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2014-cü ildə "Şöhrət” ordeni ilə təltif edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...