Ağsu sakini: “Zəlzələ evimizi qəzalı vəziyyətə salıb”
Ağsu rayon sakini Sevinc Abbasova redaksiyamız müraciət edib. Şikayətçi qeyd edib ki, ilin əvvəlində, Ağsuda baş vermiş məlum zəlzələdən sonra onlara məxsus Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 29 ünvanında yerləşən mənzilləri yarasız vəziyyətə düşüb.
Bununla bağlı aidiyyəti qurumlar dəfələrlə gəlib araşdırma və qeydiyyat işləri aparsa da, vəziyyət dəyişilməz olaraq qalır: “Məlum zəlzələdən sonra digər sakinlər kimi bizim də mənzilimiz bərbad vəziyyətə düşüb. Evin divarlarında aralanma, tavanda çatlar var. Mənzilimiz təhlükəli vəziyyətdədir. Bununla bağlı olaraq bir neçə dəfə aidiyyəti qurumlara rəsmi müraciət etmişik. Dəfələrlə mənzilimizə gələrək vəziyyətlə yaxından tanış olublar, həm şifahi, həm də rəsmi olaraq bildirilib ki, zəlzələdən zərər çəkdiyi üçün mənzilimizin təmiri üçün müvafiq rəy verilib. Lakin çox təəssüf ki, bu günə qədər çıxarılan qərarlar yerinə yetirilmir. Aidiyyəti qurumlardan xahiş edirəm, bu məsələnin həlli ilə bağlı bizə köməklik göstərsinlər”.
“Yeni Müsavat”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...