Şəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılır
Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi, bərpa infrastrukturunun müasir tələblərə uyğun qurulmasıdır.
Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır. Şəki və ətraf rayonlardan olan əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstərilməsi üçün nəzərdə tutulan Mərkəzdə yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılacaq.
Müəssisədə əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilməklə, eyni zamanda, onlarda sağlam həyat tərzinin təbliği istiqamətlərində işlər də aparılacaq.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...