SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Goran”ındakı “Yüngül qəlyanaltı”da hansı hoqqalara qol qoyulur?-ŞOK İTTİHAMLAR

“Goran”ındakı “Yüngül qəlyanaltı”da hansı hoqqalara qol qoyulur?-ŞOK İTTİHAMLAR

Tarix:

9-07-2019, 14:02

/ 893 dəfə oxundu.
“Goran”ındakı “Yüngül qəlyanaltı”da hansı hoqqalara qol qoyulur?-ŞOK İTTİHAMLAR

Göranboy rayonunun “Goran” yaşayış məntəqəsində, daha dəqiq desək Bakı-Qazax mərkəzi magistral yoluna bitişik ərzidə fəaliyyət göstərən və hər kəsin “Yüngül qəlyanaltı” adı ilə tanıdığı ictimai-iaşə obyektində gündəlik baş verən hoqqaları eşidən hər kəs, sanki baş götürüb qaçmağa ünvan axtarır. Belə ki, əldə etdiyimiz məlumatlara görə, bu obyekti işlədən Elçin adlı şəxs əslən Yelax şəhərindən olsa da, hal-hazırda o, Goranboy rayonunda yaşayır. Düzdür, bu obyekt hər gün səhər saatlarından fəaliyyətə başlayır və elə hallar olur ki, fəaliyyətini gecə saatlarınadək davam etdirir. Bugünlərdə adının çəkilməsini istəmədiyimiz əməkdaşımız Elçin adlı şəxsin sahiblik etdiyi və “Yüngül qəlyanaltı” adı ilə tanıdığı obyektdə olur və görüb eşitdiklərindən, sanki dəhşətə də gəlir. Yəni, əməkdaşımız o halın şahidi olur ki, həmin obyekt “Yüngül qəlyanaltı” adı ilə tanınsa da, əslində daha çox gecə saatlarında “intim məsələlər”in həllini tapmasında müstəsna rol oynayır. Əməkdaşımız obyektdə yaşananlarla bağlı əldə etdiyi məlumatları redaksiyamıza çatdıraraq qeyd edir ki, “Müştərilər səhər saatlarından bu obyektə üz tuturlar və gün ərzində “əhvali-ruhiyyə”lərini yetərincə dəyişdikdən sonra, gecə saatlarında arzularını “çin edirlər”. Yəni, ilk əvvəl onlar obyektə üz tutan yüngül əxlaqlı qadınlarla sövdələşirlər, az sonra ümumi razılığa gəlirlər, daha sonra isə əldə etdikləri “razılaşmanı” gecə saatlarında icra edirlər. Düşündürücü hal o olur ki, “Yüngül qəlyanaltı” adı ilə tanınan obyekti işlədən Elçin adlı şəxs, həm tərəflərə lazımi şərait yaradır, həm də atdığı hər addımına görə marağını da qorumağa çalışır. Yəni, adı çəkilən bu şəxs həm müştərilərinə “xırıd etmək” istədiyi mallarını baha qiymətə satır, həm də onlara lazımi şərait yaratmaqla müştəri bolluğu yaradır.

İndi olub-keçənlərə diqqət yetirək və ortaq məxrəcə gəldiyimiz qənaəti hər kəslə bölməyə də çalışaq. Əvvəla onu qeyd edək ki, Göranboy rayonunun “Goran” yaşayış məntəqəsi də, xalqımıza məxsus adət-ənənələrimizin yaşadıldığı ünvanlardan biridir. Bu ərazidə bu gün də böyüyə hörmət, azyaşlılara məhəbbət, qadın adını uca tutmaq, onun şərəf və ləyaqətini qorumaq və s. kimi ülvi dəyərlər yaşadılmaqdadır. Bu belə olduğu halda, görəsən Elçin adlı şəxsin atdığı addımlara nə ad vermək olar?

Əldə etdiyimiz bəzi məlumatlara görə, “Goran” yaşayış məntəqəsinin mərkəzi hissəsində yerləşən bu obyekt ictimai-iaşə obyekti olmasından daha çox, ayrı-ayrı şəxslər üçün sanki “svidaniya ünvanı”na çevrilib. Onu da vurğulamaq yerinə düşər ki, hər kəsin “Yüngül qəlyanaltı” adı ilə tanıdığı bu ünvanda müştərilərin sövdələşmələri yekunlaşdırdıqdan sonra, onlar arzularını “çin etmək” üçün, heç də başqa bir ünvan axtarmırlar. Çünki buna əsas səbəb, intim münasibətləri gerçəkləşdirmək üçün həmin obyektdə lazımi şəraitin olmasıdır.

Hələ bu azmış kimi, əməkdaşımızın verdiyi müəyyən məlumatlara görə bu obyektdə çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi bağlanmayıb, antisanitariya tüğyan edir və digər çoxsaylı qanunsuzluq əməllərinə qol qoyulması, sanki adi məişət məsələlərindən birinə də çevrilib. Belə bir halların varlığı, artıq “Yüngül qəlyanaltı” adı ilə tanınan obyektin adının dillər əzbəri olmasına da səbəb olub. Düşünürük ki, aidiyyəti qurumlar bu ictimai-iaşə obyektində yaşanan çoxsaylı problemlərin varlığı ilə bağlı lazımi addımlarını atıb, qanunamüvafiq tədbirlərini də görəcəklər. O halda hər kəs görüb eşidəcək ki, “Goran” yaşayış məntəqəsinin mərkəzi hissəsində fəaliyyət göstərən bu obyektdə Elçin adlı şəxsin “fironluğu”na son qoyulub.

Mövzu diqqətimizdədir.
Sizinxeber.com

Şərhlər

XƏBƏR LENTİ