İsmayıllı şəhər bazarı zibillik içində - FOTOLAR
Ölkəmizin turizm zonalarından sayılan İsmayıllı rayonunun bazarının ətrafı qalaqlanan zibillik içərisindədir.
Unikal.org-un məlumatına görə, zibillərin vaxtaşırı yığılmaması, kanalizasiya sularının küçələrə axıdılması, xarab meyvə-tərəvəzin hara gəldi atılması, bazarətrafı küçə ticarəti və daha nələr bazarın əsas problemlərindəndir. Bunun acısını isə ərazidə yaşayan sakinlər və bir də bazara üz tutan alıcılar çəkir. Nə təmizliyə əməl edən var, nə də ətrafa dağılan zir-zibili, qida qalıqlarını təmizləyən. Üfunətdən bazar ətrafına yaxınlaşmaq mümkün deyil. Havaların qızmasını nəzərə alsaq, o zaman yaxın günlərdə mənzərənin hansı durumda olacağını təsəvvür etmək heç də çətin deyil.
Havalar qızdıqca, yay aylarında bazar ətrafında vəziyyət daha da dözülməz olur.
Rəhbərliyin yaranmış vəziyyətə laqeyd münasibətinin əziyyətini isə sadə insanlar çəkir.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...