Vilyam Hacıyevin “gözlləşdirdiyi” İmişli - Rayon mərkəzi maldar qəbilələrin işğalına məruz qalıb?
İmişlinin mərkəzi otlaq səhəsinə dönüşüb... Bu azmış kimi rayon mərkəzi həm də zibillik poliqonuna çevrilib...
Son zamanlar İmişli rayon mərkəzinin parklarında inəklərin otlaması sosial şəbəkələrin müzakirə mövzusu olub. Sosial şəbəkələrdə paylaşılan şəkillərə baxanda adamda elə təəssurat yaranır ki, İmişli maldar qəbilələrin işğalına məruz qalıb. Həmçinin şəhərin mərkəzi küçələrinin belə zibil içində itib batması onu göstərir ki, İmişlinin icra baçşısı Vilyam Hacıyev İmişlini Tanrının öhdəsinə buraxıb və rayon mərkəzinin inək fermasına çevrilməsi, həmçinin insanların antisanitar şəraitdə yaşaması icra başçısının maraq dairəsinə aid deyil.
Gördüyünüz bu şəkil Ramil Bağırov küçəsi ilə Heydər Əliyev prospekti ilə kəsişməsidir. Və şəhərin mərkəzindəki bu zibil poliqonunu Vilyam Hacıyev görmür... Ya da görməməzlikdən gəlir... Vilyam Hacıyev İmişlinin küçələrində inək naxırlarının ixtiyarına verilməsini görmür. Küçələrin xəstəli mənbəyinə çevrildiyini də görmür. Bəs görəsən İmişlinin icra başçısı nəyi görür?..
İmişli İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq...
Mənbə: pia.az





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...