SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq

Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq

Tarix:

27-06-2019, 12:35

/ 791 dəfə oxundu.
Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin  tikintisinə başlanılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq.
Tikinti işlərinin gələn il yekunlaşdırılması və Mərkəzin istifadəyə verilməsi planlaşdırılır. Reabilitasiya müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün müasir reabilitasiya xidmətləri və bərpa-müalicə prosedurları həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində müasir tələblərə uyğun reabilitasiya şəraiti mövcuddur. İl ərzində həmin mərkəzlərdə 3500-dən artıq sağlamlıq imkanları məhdud uşağa səmərəli və sınanmış metodlar əsasında reabilitasiya xidmətləri göstərilir.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ