SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar

Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar

Tarix:

21-06-2019, 19:18

/ 3 163 dəfə oxundu.
Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar

Bu gün Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilib.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişib.

Vasif Talıbov Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Artıq Naxçıvan həm də turizm mərkəzinə çevrilmişdir. Bu il Londonda nəşr olunan “Wanderlust” jurnalında da Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd olunmuşdur”.

Bildirilib ki, klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı” ikimərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. İki girişi olan binada 5 dükan, uşaq əyləncə bölməsi, gənclər üçün intellektual oyun zalı, otel, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir.

Xatırladaq ki, aprelin 22-də Naxçıvan şəhərində yerləşən "Nəqşicahan Qrup" MMC-nin (1 Heydər Əliyev küçəsi) baş ofisində 500 manat kapitalla "Saat Meydanı" MMC qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına görə, bu holdinq şirkətinə 30 hüquqi şəxs daxildir. Şirkət Vasif Talıbovun ailə biznesinə daxildir.
Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar
Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar
Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar
Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar
Vasif Talıbov ailə biznesinin açılışını etdi - Fotolar

Şərhlər

XƏBƏR LENTİ