Məcburi köçkün məktəbində müəllimlərdən pul yığılır? – Qalmaqallı əlyazma – Foto
Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində müxtəlif bəhanələrlə pul yığılır.
Bizimyol.info-ya istinadən xəbər veririk ki, məktəbin hazırda direktor əvəzi olan Xəyalə Yusifova müxtəlif bəhanələrlə, qəzet pulu, jurnal pulu, sığorta pulu, təmir pulu adı ilə müəllim kollektivindən pul yığır.
Məsələ ilə bağlı məktəblə əlaqə saxlamağa çalışsaq da gün ərzində zənglərimizə heç bir cavab verilməyib.
Qubadlı rayon təhsil şöbəsinin inspektoru Zakir Qasımov isə bildirib ki, bu barədə təhsil şöbəsinə heç bir müraciət daxil olmayıb:
“Həmin məktəb çox nümunəvi bir məcburi köçkün məktəvidir. Sovet dönəmində bir neçə dəfə təltif edilib həmin məktəb yaxşı göstəricilərinə görə. Ötən il də qəbul faizi yüksək olub respublika üzrə. Direktoru da nümunəvi insanlardan idi, pensiyaya çıxdığına görə hazırda onun vəzifələrini bir xanım icra edir. Pul yığılması ilə bağlı bizə heç bir müraciət, şikayət edilməyib. Mən təhsil şöbəsinin müdiri ilə də bu məsələni danışaram, əgər belə bir müraciət olubsa bizə bu tərəfimizdən araşdırılardı”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək