SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdaş Olimpiya Kompleksində acınacaqlı mənzərə - "Görün vəziyyət nə yerə çatıb ki..."

Ağdaş Olimpiya Kompleksində acınacaqlı mənzərə - "Görün vəziyyət nə yerə çatıb ki..."

Tarix:

6-06-2019, 11:22

/ 969 dəfə oxundu.
Ağdaş Olimpiya Kompleksində acınacaqlı mənzərə - "Görün vəziyyət nə yerə çatıb ki..."

Əlimə qələm aldığım 50 ildə bir dəfə də olsa, Ağdaş rayonu haqqında heç bir mənfi söz, fikir yazmamışam. Çünki doğulub, boya-başa çatdığım bu rayonun insanlarının mehribanlığı, qonaqpərvərliyi, səmimiliyi, zəhmətsevərliyi məni həmişə valeh edib! Öz rayonumuz olduğu üçün demirəm, həqiqət belədir. Amma görünür, bu gözəl xüsüsiyyətlərə kölğə salmaq istəyən adamlar var.
Rayona iyunun 4-də çatdıq və bir axşam İdman olimpiya kompleksində gecələməli olduq. Kompleksin otaqlarında nələr gördük? Əvvəla, divar və tavanlar qopub tökülür, bəzi otaqlarda qaralmış, dağılmış yerlər var. Kənardan baxan elə bilər burada silahlı atışma olub! Sonradan Ağdaş sakinləri ilə söhbətimiz zamanı məlum oldu ki, heç demə, kompleks qrunt sularının axdığı yerdə tikilib! Bu nə deməkdir, dövlət külli miqdarda pul ayırıb ki, kimlər tərəfindənsə lazımsız yerdə plan xatirinə kompleks tikilsin? Görün vəziyyət nə yerə çatıb ki, yeraltı sular motorla çəkilir, bunun üçün hər ay çoxlu elektrik pulu ödənir. Ona ğörə də burada qazanxana sistemi yoxdur, su qızdırılmır. Səhər yuyunmaq istəyirsən, hərdən ilıq su gəlir, o da damcı-damcı! Otaqda kondisioner pultu işləmir, sabaha qədər barmağımız qabar oldu, kondisioneri söndürə bilmədik! Yorğan döşəyin çirkini şəxsən nəzarətçi Turala göstərdik. Yayın günündə otaqların pəncərələrini açmaq olmaz, tor olmadığından həşəratlar otağa dolar! Vanna otağında kanalizasiyanın qapağı açıq olduğundan, ətrafa üfunət iyi yayılır. Otağa sabunu, əl dəsmalını xahiş edəndən sonra gətirdilər.(?!) Yaxınlıqdakı vanna otağından fasiləsiz soyuq su axdığını ğörüb Turaldan səbəbini soruşdum, dedi "kran xarabdır". Otaqda nəinki içməyə su qoyulmur, stəkan da qoyulmayıb ki, özünlə gətirdiyin suyu içəsən! Paltar geyinməyə güzgü yoxdur. Otaqda dabankeş, paket-filan da yoxdur. Gərək ayaqqabını barmağınla geyinəsən!
Çirkli yorğan-döşəyə bir üzlük salıb yatmaq üçün uzanmaq istəyirdik ki, həmin Tural gəldi ki, pul ödəməlisiniz. Öyrəndik ki, adama 15 manat verməliyik. Böyük məbləğ deyil, 3 nəfərə 45 manat ödəmək olar. O Turala xatırlatdım ki, Olimpiya Komitəsinin sədr müavini sizə tapşırıq verib, niyə pul ödənilməməsi qərara alınan yerə pul istəyirsiniz? Və yarı zarafat, yarı ciddi dedim ki, "siz bizə pul verməlisiniz ki, belə narahat yerdə qalacağıq!". Sonra məlum oldu ki, bizdən pul almaq üçün nəzarətçiyə kompleksin müdiri Natiq Musayev tapşırıq verib. Bu o Natiq Musayevdir ki, rayon xəstəxanasının baş həkimi Nurunun qaynıdır...

Natiq Musayev, kompleksi bu gündə saxlamağınız heç Ağdaş kimi gözəl bir rayona yaraşarmı? Sizin əvəzinizə biz utanırıq! Ayıbdır, axı! Siz qonaqlardan aldığınız pullarla otağa bir sabun alıb qoymursunuzsa, pulları hara xərcləyirsiniz?

Xeyrəddin Qoca, keçmiş diplomat, publisist-jurnalist

\\moderator.az\\

Şərhlər

XƏBƏR LENTİ