Nurəddin Mustafayev Cəlilabad İcra və Probasiya Şöbəsinə tapşırıq verdi, amma...
“İcra məmurları qərarın icra olunması üçün çalışsalar da, 8 saylı Cəlilabad rayon Ərazi İdarəsinin rəhbərliyi bundan imtina edir”
Ötən sayımızda Cəlilabad rayonunun Muğan kənd sakini Ağayev Tərlan Abbasqulu oğlunun torpağının digər şəxslərə satılması ilə bağlı məlumat vermişdik.
T.Abbasov həyətyanı torpağının sənədlərinin ona aid olması ilə bağlı məhkəmələri udsa da, qərar icra olunmur. Bununla bağlı T.Ağayev Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayevin də qəbulunda olub.
N.Mustafayev məhkəmə qərarının icra olunması ilə bağlı Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göstəriş versə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi bunu icra etməkdən imtina edir. Şikayətçi redaksiyamıza bildirib ki, DƏDRX-ın rəisi Qalib Xudaverdiyev işi icra etməkdən imtina edir və buna görə də icraçılar akt tərtib ediblər: “Cəlilabad rayon İcra və Probasiya Şöbəsi qərarın icra edilməməsi barədə akt tərtib edib DƏDRX-nin rəisi Qalib Xudaverdiyevə göndərsə də, o, aktı imzalamaqdan imtina edib. Ancaq həmin aktın sürətini mənə vermədilər. İcra məmurları qərarın icra olunması üçün çalışsalar da, 8 saylı Cəlilabad rayon Ərazi İdarəsinin rəhbərliyi bundan imtina edir”.
Mövzunu diqqətdə saxlayacağıq.
Təzadlar.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...