XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
4-05-2019, 10:41

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Araz Zərgər kəndində keçirilib.

xalqxeber.az xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

Alı Alıyev deyib ki, Araz Zərgər kəndində hal-hazırda 251 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 200 nəfərə hər ay 12000 manat vahid aylıq müavinət ödənilir, Araz Zərgər kəndində 2 şəhid ailəsi, 2 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 23 nəfər yaşa görə 16 nəfər əlilliyə görə, 4 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət verilir. Kənd sakinlərindən 52 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Araz Zərgər kəndində məktəb, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

2018-2019-cu təsərrüfat ilində 30 ha taxıl əkilib, 450 kq barama istehsal olunub. Kənd sakinlərinə ötən təsərrüfat ilində becərdikləri əkin sahələrinə görə dövlət tərəfindən 4852 manat subsidiya ödənilmişdir.

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO
Alı Alıyev növbəti səyyar qəbul keçirib - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.