Azərbaycan bayrağına Astara rayon təhsil ocağında hörmətsizlik
Qeyd etmək lazımdır ki, bir dövlətin varlığı onun atributları ilə müəyyən edilməkdədir. Beləki Azərbaycanın dünyaya tanınmasında üçrəngli bayrağımızın rolu heçdə az deyil. Bizim bayrağı torpağı sevməyimizə vaxtı ilə təhsil aldığımız tədris ocaqlarında öyrədiblər. Evimizdə valideyinlərimiz təhsildə isə müəllimlərimiz. Bu məsələyə bu cür yanaşmağımız isə Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbində, Ədəbiyyat bilicilərinin keçirdiyi məktəb daxili seçim imtahanında Azərbaycan bayrağına qarşı edilmiş hörmətsizlik olub. Bakunews.az xəbər portalının elektron adresinə göndərilən fotoda açıq şəkildə Azərbaycanın varlığını bəyan edən, Şəhid qanı ilə ucalan üç rəngli bayrağın tərs asılması oxucularımızın narahatçılığına səbəb olması ilə yanaşı bizidə hiddətləndirmişdir. Məsələ ilə bağlı Rayon Təhsil şöbəsi ilə əlaqə saxlamağa cəhd etsəkdə zənglərimizə cavab verən tapılmayıb. Daha sonra Səməd Vurğun adına Təngərüd kənd məktəbinin direktoru Xaqani Mahmudovla əlaqə saxladıq. İlk öncə tədbirin keçirilmə tarixini sual etdikdə Oktyabr ayında olduğun qeyd edib. Əlavə olaraq bayrağa qarşı niyə hörmətsizlik edildiyini sual etdikdə isə səhlənkarlıqdan olduğun bildirərək uşaqların günahından olduğunu qeyd etdi. Xaqani Mahmudovdan nə qədər soy adını bildirməsini xahiş etsəkdə soyadını deməyərək dəstəyi asmağa və bunun bizi gözü götürməyənlərin sizə ötürdüyü məlumatdır deməsi ilə kifayətləndi.
Yazıda adları qeyd edilən şəxslərin mövqeyni dinləməyə hazırıq.
Bakunews.az 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...