Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur - Siyəzən sakinindən ölkə başçısına MÜRACİƏT
Siyəzən şəhəri, Vidadi küçəsi ev 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
“Hörmətli Prezident!
Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, Siyəzən bələdiyyəsinin sədri Azər Babayev öz maddi marağına görə Siyəzən rayon sakini Səlimov Müslüm Qarabəy oğlu ilə gizli yolla əlaqəyə girməklə, Müslüm Səlimovun adına olan ilkin torpaq icarə müqaviləsində 40 kv.m. torpaq sahəsi olduğu halda, sonradan saxta yolla torpaq sahəsi əlavə edərək 47 kv.m. etməsi kimi cinayət xarakterli əməlləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru cənab Mohuma Heraçiyevin 21 oktyabr və 09 dekabr 2016-cı il tarixli Daxili İşlər Nazirliyinə göndərdiyi təqdimat məktubu və mənə göndərdiyi cavab məktublarında öz təsdiqini tapmışdır.
Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin saxtalaşdırdığı icarə müqaviləsinin əsasında vətəndaş Müslüm Səlimov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən 21 avqust 2008-ci il tarixdə, qeydiyyat nömrəsi 1608010019, reyster nömrəsi 30501200004406301 olan MH-seriyalı 0008590 nömrəli çıxarış əldə etmişdir. Lakin həmin çıxarışda qeyd olunan məlumatlar ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru cənab Mohuma Heraçiyev tərəfindən mənə verilən 21 oktyabr 2016-cı il tarixli, 160 820 201 868 nömrəli cavab məktubunda qeyd olunan məlumatlarla tamamilə ziddiyyət təşkil edir. Bu barədə üç ilə yaxındır ki, qanuna müvafiq tədbir görülməsi üçün ayrı-ayrı tarixlərdə həm poçt, həm də rəsmi internet saytı və elektron poçtu vasitəsi ilə AR Ədliyyə Nazirliyinə, şəxsən hörmətli nazir Fikrət Məmmədovun adına, AR-sı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, şəxsən rəisin adına, AR Əmlak Məsələləri Dövlət Komitəsinə, şəxsən hörmətli sədr Kərəm Həsənovun adına, AR Baş Prokurorluğuna, şəxsən hörmətli Baş Prokuror cənab Zakir Qaralovun adına və Azərbaycan respublikasının Prezident Administrasiyasına, Azərbaycan Respublikasının hörmətli Prezidenti şəxsən cənab İlham Əliyevin adına danılmaz rəsmi faktlarla mindən artıq ərizə, məktub və şikayət teleqramları yazıb göndərmişəm. Bütün bunlar Ədliyyə Nazirliyində, Bələdiyyələrlə İş Mərkəzində, Əmlak Məsələləri Dövlət Komitəsində, Baş Prokurorluqda və Prezident Administrasiyasında kimlər tərəfindənsə, kimin və nəyin xatirinəsə, rəhbərlikdən gizlədilərək, obyektiv baxılmadan, ötür-ötürə salınaraq, onların cinayət xarakterli saxtakar əməllərinin üstü açıq şəkildə ört-basdır edilib. Bütün haqlı şikayətlərim bu günə kimi də nəticəsiz, tədbirsiz, cavabsız qalmışdır.
Cənab Prezident!
Adınıza göndərdiyim şikayət ərizələrimdə göstərdiyim və ərizələrimə əlavə etdiyim rəsmi danılmaz faktların şəxsən öz nəzarətiniz altında, kökündən, tam və hərtərəfli araşdırılaraq Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin, ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru cənab Mohuma Heraçiyevin 21 oktyabr 2016-cı il tarixli, 160 820 201 868 nömrəli cavab məktubunda öz təsdiqini tapmış, saxtakar və cinayət xarakterli hərəkətləri barədə, həmçinin həmin cavab məktubundakı məlumatlarla, vətəndaş Müslüm Səlimovun, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən əyri yollarla əldə etdiyi 21 avqust 2008-ci il tarixli MH seriyalı 0008590 nömrəli çıxarışda göstərilən məlumatların təşkil etdiyi ziddiyyətli xüsusatların kökündən, obyektiv araşdırılaraq, onların barələrində qanunamüvafiq, ciddi tədbirlərin görülməsini bir daha sizdən xahiş edirəm”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...