SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazirdən qardaşına mesaj: “Şirvanşah” Mərdan Camalov YAP-a niyə 4 il sonra qoşulub? - Faktlar

Nazirdən qardaşına mesaj: “Şirvanşah” Mərdan Camalov YAP-a niyə 4 il sonra qoşulub? - Faktlar

Tarix:

16-03-2017, 11:37

/ 2 699 dəfə oxundu.
Nazirdən qardaşına mesaj: “Şirvanşah” Mərdan Camalov YAP-a niyə 4 il sonra qoşulub? - Faktlar

Onu artıq “Şirvanşah” adlandırırlar. Daha dəqiq desək, Şirvanşah Mərdan Camal deyirlər. Çünki öz postunu nazir qardaşı Yavər Camalovdan da yüksək tutur.
Söhbət Şirvan şəhər icra hakimi Mərdan Camalov və son aylarda onun fəaliyyətinin mediada skandal yaratmasından gedir.
Məlumata görə, icra başçısının əməlləri müdafiə sənayesi naziri olan qardaşını da narahat edib.
İddialara görə, Y.Camalov M.Camalova hörmət etdiyini deyərək barəsində yayılan məlumatlara onun adının hallanmasından gileylənib.
Nazir icra başçısı olan qardaşına görə medianın gündəminə çıxmaq istəmədiyini ona bildirib. Və fəaliyyətində diqqətli olmağa çağırıb. Bu il mayın 27-də isə Şirvan şahının 60 yaşı tamam olur.
Pensiya yaşının artırılması və qanunun iyunun 1-də qüvvəyə minməsini nəzərə alsaq, icra başçısının yay fəslində təqaüdə göndəriləcəyi istisna edilmir. Bir müddət əvvəl prezident icra başçılarına xəbərdarlıq etmişdi, özbaşınalığa yol verməməyə çağırmışdı.
Amma dövlət başçısının konfransından çox keçməmiş M.Camalov Şirvanın baş həkimi Fərhad Səfərovu komaya salması və onun yerinə öz adamını gətirməsi ilə dillərdə dastan oldu.
İcra başçısının qalmaqalla diqqət mərkəzinə düşməsi, prezidentin tapşırıqlarına zidd əməli ilə gündəmə gəlməsi və pensiya yaşına çatması üst-üstə düşür ki, vəzifəsindən uzaqlaşdırılsın.
Araşdırma zamanı o da bəlli olub ki, M.Camalovun çox maraqlı keçmişi var. Onun çilingərlikdən icra hakimliyinə gedən yolda ustalıq fəaliyyəti olub. Belə ki, paradoksal faktlar var:
M.Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim kimi başlayıb. Amma müəllim 1981-1989-cu illərdə Əli Bayramlı şəhər süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis işləyib. Bu da müəmmalar yaradır.
Digər maraqlı fakt isə onun YAP-a 1997-ci ildən üzv olmasıdır. 1993-cü ildən bu yana isə o, hakim partiyaya qoşulmayıb, dəstək verməyib. Məlum olur ki, icra başçısı işləyənə qədər onun başı başqa işlərə qarışıb və Heydər Əliyevin rəhbəri olduğu partiyaya qoşulmayıb.
Deməli, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru işləyib. 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini çalışıb.
1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib. 1997-də YAP mənsubiyyəti olub. Nəhayət, 2005-ci ildə Şirvana rəhbər təyin olunub və indiyə qədər də işini davam etdirir.
Mediaya istinadən verdiyimiz məlumata görə, M.Camalovun adı 2015-ci ildən qalmaqallarda hallanır. 2011-ci ilin iyul ayında Şirvan Telekomnukasiya Qovşağından qiymətli metallardan ibarət qiyməti 500 min manata olan avadanlıqlar çıxarılaraq aparılıb.
Bundan xəbər Mərdan Camalov o vaxt Şirvan polis şöbəsinin rəisi işləyən Azər Muradova göstəriş verərək qiymətli avadanlığı aparan yük maşınını tutdurub.
Qovşağın rəisi Rəhman Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin o vaxtkı aparat rəhbəri, MTN işi üzrə həbs olunan Vidadi Zeynalova məruzə edib. V.Zeynalov Şirvanın icra başçısına telefon açaraq çıxarılan avadanlıqların onun olduğunu bildirib.
V.Zeynalov M.Camalova 100 min manat göndərib və polis rəisi ilə bölüşdürüblər. Ondan sonra avadanlıq polisdən çıxarılaraq Bakıya yola salınıb. Bu haqda istiqlal.az o zaman yazıb.
Bu günlərdə isə M.Camalov baş həkimin başına açdığı oyunla yenidən tirajlı bir məmura çevrilib.
M.Camalov müavini Elmira Ağayevanı xəstəxanaya baş həkimi əvəz etmək üçün getməyə qoymayıb. Komaya düşən baş həkim Fərhad Səfərovun yerinə Şirvan poliklinikasının müdiri Şakir Qədirovun gətirilməsi an məsələsidir.
Ş.Qədirov ixtisasca cərrahdır. Təkbaşına heç vaxt əməliyyata girməyib. Akif, Namizəd və digər cərrahlarla əməliyyatda olub.
Amma Şirvanda hamı Şakir Qədirovu alverçi kimi tanıyır. Mərdan Camalovun dayısı kollec direktoru Balamirzə Məmmədovla Şakir Qədirov Türkiyədən Şirvana pal paltar gətirib satırmışlar.
Şakir Qədirov Mərdan Camalova o qədər yaxındır ki, yol polisi işləyən oğlu Eminin toyunun dəvətnaməsini ona yazdırıb. İndi məqam yetişib və Şakir Qədirov artıq baş həkim olmağa iddialıdır.
Maraqlısı odur ki, xəstəxanada bütün məsələlər Mərdan Camalovun müavini Elmira Ağayevanın iradəsi ilə həll olunur. Xəstəxanaya adicə xadiməni Elmira Ağayeva götürür.
Beləliklə, Şirvanşah Mərdan Camalovun başı qalmaqallı işlərdə açılmır ki, açılmır. Onun Səhiyyə Nazirliyinin əvəzindən xəstəxananın işinə qarışmasını heç cür anlamaq olmur.
Ən kuryoz hadisə isə icra başçısının xəstəxanada yoxlama aparması, otaqları bir-bir gəzməsi, reyd zamanı doğum şöbəsinə getməsi, qəflətən doğuş olan otağa girməsi və aranın qarışması xəbəridir.
Mətbuat yazırdı ki, ana olacaq qadının doğuş zamanı otağına daxil olmasına görə icra başçısı ilə xəstənin yaxınları arasında skandal yaşanıb. Bütün bu nüanslar olduqca maraqlıdır. Xüsusən də Camalovun YAP-a 4 il sonra üzv olması...Biz isə hörmətli icra başçısından müsahibə almağa və fikirlərini ətraflı dərc etməyə hazırıq.
AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ