SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşov yolun sonuna gəlib... - İDDİA

Taleh Qaraşov yolun sonuna gəlib... - İDDİA

Tarix:

16-03-2017, 09:45

/ 3 947 dəfə oxundu.
Taleh Qaraşov yolun sonuna gəlib... - İDDİA

Lənkəran rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Bu barədə məlumat verən şəxs hesab edir ki, buna səbəb icra başçısından Prezident Administrasiyasına və digər orqanlara göndərilən şikayətlərin coxlugudur. Son bir ildə Taleh Qaraşovdan Prezident Adminstrasiyasına olunan şikayətlərin faizi ötən illərlə müqayisədə daha çoxdur. Bu isə onun göstəricisidir ki, Lənkəranda əhali narazı salınıb. Təbii ki, belə hallar ölkə rəhbərliyi tərəfindən yaxşı qarşılanmır. Ola bilsin ki, Taleh Qaraşov yaxın bir ayda Lənkəran RİH-dən uzaqlaşdırılsın. Ehtimallara söykənib bunun səbəbləri barədə bəri başdan fikir söyləmək də olar.

Birinci başlıca səbəb odur ki,Lənkəran rayonundan ölkə rəhbərliyinə olunan şikayətlər həddindən artıq çoxdur,digər tərəfdən icra başçısının iş adamlarından bir müddət əvvəl yığdırdıgı “töycü” rayonda orta sahibkarlıgı müflis edib.Vəzifəyə irəli çəkilməsi və digər məsələlər üçün bir müddət əvvəl Taleh Qaraşova qarşı irəli sürulən 150 min manat rüşvət iddiası söylədiyimizin kiçik bir faizidir. Məsələn,bu yaxınlarda Bakı şəhəri Mikayıl Muşviq küçəsi,501-ci məhəllə ev 8b,mənzil 31-də yaşayan Ağayev Ağaəsgər Yusif oglu Azərbaycan hüquq mühafizə orqanlarına ünvanladıgı şikayət məktubunu ölkə mətbuatı da tirajladı.Şikayətçinin ərizəsindən aydın oldu ki,əlində məhkəmə qərarı olsada Lənkəran rayon icra hakimiyyəti onun baba yurdunu satıb.Daha dogrusu baba yurdunu almaq ilk əvvəl onun özünə təklif olunub.O,bu təklifə təəccüb edib narazılığını bildirsə də buna əhəmiyyət verən olmayıb.Bu başqa bir yazının mövzusudur,irəlləyən saylarımızda məlumat verəcəyik.

Əgər bu gün Lənkəranda bütün təşkilat rəhbərləri dövlət əmlakının talanmasında təqsirli bilinərsə bu da rayon icra hakimiyyəti başçısının”xidməti”hesab edilməlidir.Çünki,gəzən söz-söhbətə görə Taleh Qaraşov bundan ehtiyatlanır,artıq bir çox təşkilatlarda yoxlamalar başlayıb.

İkinci, rayonda ağacların qırılması bir müddət əvvəl kütləvi xarakter almışdı. Hətta, zamanında Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA Təşkilatının rəhbəri Leyla Əliyevanın rayon icra hakimiyyətinin düz qabağında yerləşən Lənkəran xiyabanında olan ağacların qırılmasını nəzarətinə götürməsi faktı da böyük mətləblərdən xəbər verirdi ki,İcra Başçısı vəziyyətdən narahat olmaya bilməzdi.Bunu Taleh Qaraşovun özü də yəqin etməmiş deyil və ona o da aydındır ki,onunla baglı yektil fikir yoxdu. Bu səbəbdən Taleh Qaraşov istəyər ki,nə qədər gec deyil Lənkəran rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini başqa rayonla əvəzləsin. Bunun isə nə dərəcədə mümkün olacağı özünə də bəlli səbəblərdən çox çətindir.

Üçüncü, Taleh Qaraşovun anadan olduğu Kürdəmir rayonunun Pirkənd kəndində yaşayan insanlar hüquq mühafizə orqanlarına, ölkə prezidentinə şikayətlər ediblər. Səbəbi də Taleh Qaraşovun qardaşı Valeh Qaraşovun Pirkənd sakinlərinin 200 hektar pay torpaqlarını özü əkməsidir. Bu amil də Kürdəmirdə narazılığa səbəb olub, kənd insanları ölkə rəhbərliyinə,hüquq mühafizə orqanlarına şikayətlər ünvanlayıb,pozulmuş hüquqlarının bərpasını istəyiblər.Bu isə o qənaəti yaradıb ki,qardaşların əməlləri Kürdəmirə də sirayət edib,bu da yuxarı dairələrə yaxşı təsir bağışlamayıb. Yaranmış narazılığı Taleh Qaraşov tənzimləyə bilsə də, bu hərəkət kasıb insanların çörəyinə əl uzatmaq kimi pis fikir yaradıb. Belə çıxır ki, Taleh Qaraşov nəinki Lənkəranda, eləcə də Kürdəmir rayonunda narazılıq yaradıb. Təbii ki, bütün bunlar Taleh Qaraşovun təkrar digər rayona icra başçısı göndərilməsi ehtimalını sıfırlayır.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ