Yevlaxın icra başçısı ilə bağlı iddialar... - İşdən atırlar...
Yevlaxın icra başçısı Qoca Səmədovun vəzifəsindən bu yaxınlarda çıxarılacağı gözlənilir. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya verib.
Mənbə deyir: "Prezidentin həyata keçirdiyi islahatlar və bölgələrdə İH başçılarını dəyişməsi prosesinin davamı olaraq Yevlaxa yeni rəhbər göndərilməsi nəzərdə tutulur".
Daxil olan məlumatda bildirilir ki, Yevlaxda sahibkarlar üçün heç bir münbit şərait yaradılmayıb. Sahibkarlığa dəstək yalnız Səmədovların imkanlarını genişləndirir.
Dövlət başçısı aqrar regionlarda sahibkarlığın, qeyri-neft sektorunun, aqrar sahələrin inkişafı haqda tapşırıqlar verir, pul ayırır. Hazırda Yevlax da aqrar bölgələrdən biridir.
Amma fermerlər və iş adamları “qan ağlayır”lar. Əvəzində pula pul deməyən Q.Səmədovun oğlanları rayonda şadlıq evlərinin sahibləridirlər. İcra başçısının oğlanları rayonda əsas biznes sahibləridirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək