SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İMİŞLİ DSMF-NİN SƏDRİ NAZİRİN MM-İ TƏCİLİ TƏRK ETMƏSİNDƏN ƏNDİŞƏLƏNİB

İMİŞLİ DSMF-NİN SƏDRİ NAZİRİN MM-İ TƏCİLİ TƏRK ETMƏSİNDƏN ƏNDİŞƏLƏNİB

Tarix:

13-03-2017, 18:05

/ 2 690 dəfə oxundu.
İMİŞLİ DSMF-NİN SƏDRİ NAZİRİN MM-İ TƏCİLİ TƏRK ETMƏSİNDƏN ƏNDİŞƏLƏNİB

İnitqam Əliyev düşünür ki, ölkə başçısı naziri hətta MM-in iclasından təcili öz yanına çağırmaqala, ona rəhbərlik etdiyi qurumun paytaxtdakı və əyalətdəki şöbələrinin rəislərinə vətəndaşla davranışlarına çəki – düzən verməsi tələbi olacaq. Belə olan təqdirdə ilk “yola salınanlar” siyahısında onun da adının olacağı şübhəsizdir.

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin qəbul edilməsi uzun illərdir ki, bu sahəyə gəlir mənbəyi kimi baxan bəzi şəxslərin ciddi narahatlığına səbəb olub. Siyahılarında “söz verdikləri” xeyli səxs olan “işbazlar” ötən gün qəbul edilən Qanundakı bir neçə aylıq zaman məsələsini belə fürsət bilirlər. Lakin narahatlıq yalnız bununla bitmir. Milli Məclisin sədri Oqtay Əsədovun parlamentin ötən gün keçirilən plenar iclasında:
“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə Prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik” - deməsi əslində narahatlığı təşvişə, qorxuya çevirib. Əvvəla ona görə ki, Səlim Müslümovun rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi hələ sabiq nazir Füzuli Ələkbərovun zamanından ölkə insanı ilə “6+6” prinsipi işləyən dövlət qurumu kimi tanışdır. Səlim Müslümovun təyinatı belə bu “iş prinsipini” tam dəyişə bilmədi. Bəzi regionlarda ƏƏSMN-yə heç bir aidiyyatı olmayan şəxslər vasitəsilə, yəni nazirliyin regional idarələrinin əməkdaşlarının birbaşa iştirakı olmadan “köhnə fəaliyyət mexanizmi” saxlanıldı. Ölkə insanın, əsasən də regionda yaşayan vətəndaşın maddi durumunun ürək açan olmaması ilk baxışdan hər şeyin “alan da məmnun, verən də” prinsipi ilə davam etdiyini göstərir. Vətəndaş süni məmur süründürməçiliyindən qurtulmaq üçün dövlətdən aldığı haqqı olanın yarısını və ya bir hissəsini verməyə sadəcə zorlanır.Bu qurumun İmişli rayon şöbəsi ilə bağlı dəfələrlə müxtəlif mövzulu informasiyalar dərc edib.
İmişli rayon DSMF-nin rəhbəri İntiqam Əliyevin haqsız tələblərinə etiraz olaraq məcburiyyət qarşısında istefa vermiş Fondun sabiq müfəttişi Ərəstun Məmmədovun bibisi oğlunun hüzür məclisində iştirak etmək istəyən Fond əməkdaşlarına rəis tərəfindən iştirak etməmək qadağasının qoyulması əslində bəzi insanlarda milli – mənəvi dəyərlərə əhəmiyyət verilməməsinin göstəricisidir. İntiqam Əliyevin sabiq işçisi Ərəstun Məmmədovla münasibətlərinin normal olmaması fond rəhbərinə digərlərinə də münasibətləri pozmaq göstərişi verməyə əsas ola bilməz. Qeyd etmişdik ki, Azərbaycan hüquqla idarəçilk prinsipinə üstünlük verən ölkədir. Və onu da əlavə etmişdik ki, bu vəziyyət Çimalı Koreya prezidenti Kim Çen In-ın “hər kəs saçını mənim kimi kəsdirsin” fərmanına bənzəyir. Bundan başqa fonddan illər öncə dünyasını dəyişmiş qadının adına olan pensiya kartına uzun müddət dövlət vəsaitinin köçürülməsi, bu problemin guya nazirliyin son yoxlaması zamanı məlum olması, ömürlük əlil olan şəxsə “iş stajı”nın verilməsi və s. əməllər uzun müddət davam edən və təxminən bir ay öncə bitən yoxlamanın nəticəsində üzə çıxdı.
Lakin bir neçə ay davam edən, hətta komissiya üzvlərinin kəndlərə belə gedərək insanlarla şəxsən görüşüb, məsələni yerindəcə araşdıraraq əldə etdkləri faktın nəticəsi kimi bu gün intiqam Əliyev yenə də nəinki görəvindədir, hətta dövlət görəvini öz “mülkiyyəti” hesab edərək qanuni deyil, şəxsi düşünərək qəralar verir. Fond rəhbərinin yuxarıda qeyd etdiyimiz kimi mənəvi - əxlaqi dəyərlərə zidd göstərişinə boyun əyməyən İmişli DSMF-nin Seyyid Rəsul adlı əməkdaşı ilə bağlı qəbul etdiyi qərar kimi. İnitqam Əliyevin “Ərəstun Məmmədovun bibisi oğlunun hüzür məclisində iştirak etmək istəyən şəxs işdən çıxması ilə bağlı ərizəsini də təqdim etsin” – deyə “göstərişinə”, həmin məzmunlu ərizə təqdim edərək “bu mənim insanlıq borcumdur” – deyərək hüzür məclisində iştirak edən Seyyid Rəsul haqqında dərhal “vəzifəsindən azad olunsun” qərarı, yuxarıda deyilənlərin əyani sübutudur. Ciddi maddi ehtiyacı olan Əfqanıstan veteranını süni süründürməçiliklə bezdirib intihara cəhdə məcbur edilməsi də məhz bu siyahıdadır. Mənbənin bildirdiyinə görə ismayıllı rayon Telekommunikasiya qovşağının rəhbəri, hər kəsin “qoşa villalı Elxan Əliyev” kimi tanıdığı İntiqam Əliyevin qardaşının da iş prinsipi fərqli deyil. Mənbə dövlət görəvlisi olan İsmayıllı rayon Telekommunikasiya qovşağının rəisi Elxan Əliyevin kifayət qədər kapitala sahib olması ilə bağlı da redaksiyamıza ilginc məlumatlar verib. KİV haqqında qanunun tələblərinə əsasən bəzi dəqiqləşdirmələrdən sonra əldə edilən məlumatlar tərəfimizdən dərc ediləcəkdir.
İmişlidəki mənbədən əldə etdiyimiz digər məlumata əsasən İntiqam Əliyevin bu kimi hərəkətlərinin səbəkarı iş adamı Aslan Manafovdur. Mənbənin bildirdiyinə görə Əliyev qardaşlarını Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla yaxın dostluq əlaqələri olan Aslan Manafov müdafiə edir. Məlumatda o da bildirilir ki, ƏƏSMN tərəfindən aylarla davam edən yoxlamalar zamanı aşkarlanmış kriminal xarakterli fakrtlardan canını yalnız şiddətli töhmətlə qurtaran İntiqam Əliyevin bu dəfə də köməyinə dostu Aslan Manafov gəlib.
Təqaüdə çıxmaq istəyən şəxslərlə bağlı da öz “qanunları” olan İnitqam Əliyev qanuni iş stajı, əmək kitabçası və əsasən də təqaüd almaq üçün qanunun tələb etdiyi yaşı olan şəxsi belə “öz qaydalarının” əsirinə çevirir. Proses rayon məhkəməsinə qədər uzanır. Hətta “İnitqam Əliyev qanunlarına” tabe olmayanların rayon məhkəmələrindən aldıqları qərarlar, sonucda növbəti məhkəmə instansiyalarında ləğv edilir.
İmişlidəki mənbədən əldə etdiyimiz məlumata görə ötən gün MM-in plenar iclasında “Əmək pensiyaları haqqında” qanununa dəyişikliyin qəbul edilməsi İnitqam Əliyevin bəzi “məsələlərdə” daha “çevik hərəkət” etməsinə səbəb olub. Qanunun icrasına başlanıldğı müddətə qədər pensiya “problemi” olan şəxslərə “hüquqi yardımı” da bitirmək istəyən fond sədrinin kəndlərdəki “adamlarına” bu istiqamətdə daha fəal olmaq tapşırığı verdiyini bildirən mənbə, İntiqam Əliyevin təlaşına səbəb olacaq əsas məsələnin bu olmadığını qeyd etdi. Əsas narahatlıq Milli Məclisin sədri Oqtay Əsədovun parlamentin ötən gün keçirilən plenar iclasında, “Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə Prezidenti çağırdı.” – deməsi olub. Yəqin ki, İnitqam Əliyev düşünür ki, ölkə başçısı naziri hətta MM-in iclasından təcili öz yanına çağırmaqla ona, rəhbərlik etdiyi qurumun paytaxtdakı və əyalətdəki şöbələrinin rəislərinə vətəndaşla davranışlarına çəki – düzən verməsi tələbi olacaq. Belə olan təqdirdə ilk “yola salınanlar” siyahısında onun da adının olacağı da şübhəsizdir. Ən azından buna nazirin əsası da var: son yoxlamanın nəticəsi olan şiddətli töhmət.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

Conflict

Şərhlər

XƏBƏR LENTİ