"Sabirabad təhsilində xaos"-Hər məktəbdən 3-5 min manat pul yığılır
Bu ilin fevralın əvvəlindən Sabirabad təhsilində başlayan Maliyyə nazirliyinin növbəti yoxlaması başa çatıb. Ötən müddət ərzində təftişçilər Olimpiya kompleksinin kotteclərində eninə-uzununa kef ediblər. İndi də məktəblərə plan qoyublar. Orta məktəblərin hər birinə 5 min, əsas məktəblərə isə 3 min manat pul vermək tapşırılıb. Pul yığmaq kompaniyasına Təhsil nazirliyinin 12 saylı regional maliyyə idarəsinin rəisi Elxan Əsədov başçılıq edir. Bu o Elxandır ki, saxta diplomla 65 yaşında bu vəzifəyə təyinat alıb. Üstəlik qızı Könülü də 6 ay o məktəbdə işləməsinə baxmayaraq rayonun ən böyük Nizami Gəncəvi adına orta məktəbinə direktor qoydurub. Onu da bilin ki, bu ailə Sabirabadda qatı müxalifətçilər kimi tanınır. İndiki vəzifəsindən əvvəl 20 il Mədəniyyət şöbəsində baş mühasib işləməsinə baxmayaraq Elxan YAP-a keçməkdən inmtina edib. Müxalifətçiliyini ört-basdır etmək üçün o qoca vaxtında bu yaxınlarda YAP-a keçib, özü də qızı Könüllə birlikdə eyni gündə. Onu da deyək ki, onun kürəkəni, yəni Könülün əri Azər Ağayev ən qatı müxalifətçi kimi ad çıxarıb, seçkilərdə YAP-çıların qəniminə çevrilib. Prezident və parlament seçkilərində İsa Qəbərin, Əli Kərimovun, Cəmil Həsənlinin ən sədaqətli müşahidəçisi olub . Bu gündə əqidəsindən dönmür. Pis çıxmasın yaxşıda edir. Görür ki, dövlətə arxa çevirən qaynatası, arvadı ən böyük vəzifəyə gətiriliblər, YAP-çalar isə küçələrdə iş axtarırlar.
Bax elə dövlətə təpik atanlar onu gözdən salmaq üçün bu gün də Sabirabad təhsilində rüşvət kompaniyasına başçılıq edirlər. Bu gün bütün məktəblərdə müəllimlər qan ağlayırlar. Hər müəllimdən 100-150 manat pul yığılır. Novruz bayramı ərəfəsində bu şərəfsizliyi heç Allah da götürməz. Ancaq ilin-günün bu çağında Elxan Sadıqov bu rəzilliyə de gedir.
Ölkə rəhbərliyi bilsin ki, Sabirabad təhsili ölüm ayağındadır. Bu gün Elxan Əsədovun Sabirabad müəllimlərindən yığdığı pul irin-qandır.
Müəllimlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ümüdlə müraciət edirlər. Ürək ağrısıyla yazırlar ki, onların zəhmət haqlarını əllərindən almasınlar.
xalqxeber.az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb