Qubada polislər itən uşağı 1 saata tapdı
Fevralın 22-də Quba rayonunda itən azyaşlını polis əməkdaşları tapıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən özəl məlumata görə, rayonun Heydər Əliyev prospektində Musayev Kənan Faiq oğlu yaşadığı evin ətrafında oynayarkən itib.Sonra 8 yaşlı uşağın atası Faiq Musayev Quba rayon polis şöbəsinə övladının itməsi ilə bağlı müraciət edib.
Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində Quba Rayon Polis şöbəsinin sahə rəisi-polis leytenantı Şəhriyar Babayev və polis serjantı Eyvaz Sultanov Kənan Musayevi Quba “ABAD Factory” İstehsalat Kompleksinin yaxınlığında taparaq ailəsinə təhvil veriblər.
Uşağın valideynləri övladlarının qısa zamanda tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və göstərdikləri köməyə görə DİN və Quba RPŞ-nin şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...