SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Baş həkim isti kabinetində, işçilər və pasientlər isə buz bağlayıb- Bərdədə ölüm xəstəxanaları...

Baş həkim isti kabinetində, işçilər və pasientlər isə buz bağlayıb- Bərdədə ölüm xəstəxanaları...

Tarix:

22-02-2019, 01:14

/ 1 131 dəfə oxundu.
Baş həkim isti kabinetində, işçilər və pasientlər isə buz bağlayıb- Bərdədə ölüm xəstəxanaları...

Bərdə xəstəxanaları qışın sazağında donurlar. İstərsə rayon mərkəzi xəstəxanası, istərsə poliklinika, istərsə də doğum evində tibbi personal və pasientlər soyuqdan az qala buz bağlasınlar.

Bu barədə rayon sakinlərinin Cahan.info-ya etdiyi şikayətdə deyilir ki, baş həkim Rəna Mustafayevanı xəstəxanaların istilik problemi maraqlandırmır.

Öz isti kabinetində oturan R.Mustafayevanın nə tibbi personal, nə də xəstələr vecinədir.

Xüsusən də Bərdə doğum evi istilik problemindən əziyyət çəkir. Doğum evinin şöbə müdiri Tünzalə Quliyeva da baş həkim Rəna Mustafayevadan bu məsələdə geri qalmır.

Xəstələr bir yana, artıq işçilər də soyuq dəhlizlərdə işləməkdən, buzlu palatalarda xəstələrə baxmaqdan özləri xəstələnirlər, qrip olurlar. Rayon səhiyyəsinin istilik təchizatına vəsaitlər ayrılıb, mərkəzləşdirilmiş qazanxana sistemi var.

Ancaq işləmir, radiatorlar bumbuzdur, otaqlardan az qala buz sallansın, xəstələr yorğanlara bürünüblər. Bu dəhşətli vəziyyət faşistlərin ölüm düşərgələrini xatırladır. Sanki əsirlər və girovlar saxlanır.

Görəsən Rəna Mustafayeva niyə xəstəxanaların istilik problemini həll eləmir? Ən azından doğum evində istilik yaradılması vacibdir. Axı bu şöbədə körpələr dünyaya gəlir.

Bərdənin baş həkimi Rəna Mustafayevanın isə doğum şöbəsinin rəhbəri olan T.Quliyevaya qazanmağa yaxşı şərait yaradıb. Ona görə də rayonun baş həkimi “Leksus” markalı bahalı avtomobildə gəzir.

Çünki onun gəliri təkcə qeysəriyyə əməliyyatlarından aldığı faiz deyil, həm də dövlətin Bərdə Rayon Mərkəzi Xəstəxanasına hər ay ayırdığı 20 min manatlıq ərzağın dükanlarda satdırmasıdır.

Vaqif adlı şəxsin əli ilə bu işləri görən R.Mustafayeva dövlətin vəsaitini talan edir. Rayon sakinləri isə sosial şəbəkələrdə yazırlar ki, R.Mustafayeva xəstəxanada gestapo şəraiti yaradıb.

Şəkər xəstələrinə dərman vermir, pulsuz müayinə etmir, palatalarda xəstələrə yemək verilmir, ondan nazir Oqtay Şirəliyevə şikayət edəcəklərini deyəndə gülür. Deyir ki, “naziri tapsanız mənə də xəbər edin”.

Rəfael Mustafayevin rəhbəri olduğu xəstəxanada tibb bacıları xəstələrə iynə vurmaq, uşaq tutmaq, onların tualetə getməsini təmin etmək adları altında xəstələrdən pul tələb edirlər. Bu barədə edilən şikayətlərə əhəmiyyət verən olmur.

Araşdırmalar nəticəsində öyrənik ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında əlini cibinə salmayan xəstənin üzünə belə baxan yoxdur.

Belə ki, həkimlər onların "tələb"ləri ilə razılaşmayan pasiyentlərə yaxın getmirlər. Deyilənlərə görə, bu sistemi tətbiq edən məhz Rəna Mustafayevadır.

Rayon sakinləri bildirirlər ki, hazırda Bərdədə təxminən, 1400 nəfər güzəştli kateqoriyadan olan xəstə var. Lakin Rəna Mustafayevanın baş həkimi olduğu xəstəxanada heç bir vətəndaşa pulsuz dərman preparatları verilmir.

Deyilənlərə görə, rəhbərlik kənd tibb məntəqələrinin adlarına dərman preparatları yazdırsa da, Bərdə kəndlərindəki səhiyyə ocaqlarında bir dənə də dərman preparatı tapmaq mümkün deyil.

Qeyd edək ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayevanın dəftərxana ləvazimatlarının və ərzaq məhsullarının alınması adı altında israfçılığa yol verdiyi iddia olunur.

Şərhlər

XƏBƏR LENTİ