SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazirin menyusuna: Qarabağ qazisi əlillik və veteranlıq ala bilmir- Ucarda...

Nazirin menyusuna: Qarabağ qazisi əlillik və veteranlıq ala bilmir- Ucarda...

Tarix:

22-02-2019, 01:11

/ 1 402 dəfə oxundu.
Nazirin menyusuna: Qarabağ qazisi əlillik və veteranlıq ala bilmir- Ucarda...

Ucarın Qulabənd kənd sakini Məmmədov Cəlil Akif oğlu 27.01.1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə qəlpə yarası alıb.

Verilən məlumata görə, o vaxtdan indiyədək məmur səhlənkarlığı və etinasızlığı ucbatından nə veteranlıq statusu, nə də əlillik dərəcəsi ala bilir.

Halbuki, Cəlil Məmmədovun əlində qəlpə yarasından müalicə olunması barədə həm Biləcəri Dəmiryol stansiyası xəstəxanasından, həm də Ucar rayon mərkəzi xəstəxanasından təsdiq edici sənədləri (epikriz) var.

Hər iki epikrizdə “Hərbi travmadır, Azərbycan Respublikasının müdfiəsi zamanı alınmışdır” yazılıb. Amma Qarabağ qazisi nə əlillik, nə veteranlıq statusu ala bilir.

Sahil Babayev isə nazir təyin olunduğu gündən bu istiqamətdə fəal işlədiklərini söyləyir. Onun gördüyü işlərin nəticəsi isə hələ ki görünmür.

C.Məmmədov qurbanlardan biridir. Nə nazirlik, nə yerli Ucar DSMF onun problemini həll edir.

Əslində, ona əlillik verilməməsi qanunsuzluqdur. O, vətən üçün döyüşüb, qəlpə yarası alıb, əlil hesab edilir, amma bu günə kimi haqqı pozulub.
Onun bu illər ərzində almadığı pensiya da kompensasiya kimi ödənməlidir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması müqabilində xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar müxtəlif şəxslərin narazılığına səbəb olub.

Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin edib.

Elə ötən həftə ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev də Sahil Babayevin dostlarındandır. Deyilənə görə, S. Babayev vaxtilə H. Abdullayevin İqtisadiyyat Nazirliyində də karyera yüksəlişinə dəstək verib.

Məlumatda qeyd olunur ki, əvvəllər bank sektorunda işləyən Hidayət Abdullayev 2011-ci ildə Sahil Babayevin dəstəyi ilə İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə Beynəlxalq layihələr üzrə müdir müavini vəzifələrində çalışıb.

S. Babayev nazir təyin ediləndən 4 ay sonra isə onu özünə müşavir təyin edib. Bir neçə gün əvvəl isə ƏƏSMN-nin Aparat rəhbəri təyin olunmasına imza atıb.

Nazirlikdəki mənbəmiz bildirir ki, S. Babayevin heç nəyə məhəl qoymadan, İqtisadiyyat Nazirliyi ilə biznes sektorundan gətirdiyi kadrları ƏƏSMN-də üstün mövqe qazanıblar.

Həmin komanda isə nazirlikdəki “köhnə qvardiya”nı sıxışdırır, əksəriyyətini vəzifələrdən azad ediliblər, az bir qismini isə hələlik aşağı vəzifələrə keçirib, onların bilik və bacarığından müəyyən müddət yararlanmaq istəyirlər.

S. Babayevin maraqlı təyinatlarından biri də Dövlət Məşğulluq Xidmətinin rəisi ilə bağlıdır. S.Babayevin heç nəyə məhəl qoymadan, İqtisadiyyat Nazirliyi ilə biznes sektorundan gətirdiyi kadrları ƏƏSMN-də üstün mövqe qazanıblar.

Həmin komanda isə nazirlikdəki “köhnə qvardiya”nı sıxışdırır, əksəriyyətini vəzifələrdən azad ediliblər, az bir qismini isə hələlik aşağı vəzifələrə keçirib, onların bilik və bacarığından müəyyən müddət yararlanmaq istəyirlər.

S. Babayevin maraqlı təyinatlarından biri də Dövlət Məşğulluq Xidmətinin rəisi ilə bağlıdır. Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirib.

Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur.

Amma Sahil Babayev Məmməd Musayevin oğlunu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun özünü də nazirlikdə yaradılan DOST-da işlə təmin edib.

bir neçə gün əvvəl iqtisadçı Qubad İbadoğlunun inəkpaylama aksiyasına toxunaraq, yazdığı və müxtəlif KİV-lərdə yer alan faktları da xatırladıb.

Əlavə edib ki, Q. İbadoğlu haqlıdır:

“Yada salım ki, Qubad İbadoğlu nazirliyin ÜSY alan vətəndaşlara payladığı heyvanların sağlam olmadığını, onların dişsiz, qısır, bəzi hallarda qotur olmasının bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricisi olduğunu bildirib.

Qubad İbadoğlu əlavə edib ki, ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa başlayıblar.

Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər. İndi siz nazirliyin Qubad İbadoğlunun bu açıqlamasına verdiyi cavaba diqqət edin.

Sahil Babayevin nazirlikdəki “Qara qutusu” sayılan nazir müavini Anar Əliyev mətbuata açıqlamasında vətəndaşlara qısır, dişsiz, şikəst, qotur heyvanların verilməsi hallarının olmasını dolayı da olsa, gizlədə bilməyib.

Şərhlər

XƏBƏR LENTİ