XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Beyləqanda özbaşınalıq- Yalçın Ağayev nazirin əmrinə qarşı...

Beyləqanda özbaşınalıq- Yalçın Ağayev nazirin əmrinə qarşı...

Beyləqanda özbaşınalıq- Yalçın Ağayev nazirin əmrinə qarşı...
13-03-2017, 01:15

Beyləqan rayon Dünyamalılar kənd bələdiyyə sədr müavininin özbaşınalığı artıq vətəndaşları təngə gətirib.

Kənd sakinlərinin verdiyi məlumata görə, Ağayev Yalçın İnqilab oğlunun Beyləqan rayon Yol İstismarı İdarəsinin baş mühasibi, YAP Beyləqan rayon Dünyamalılar kənd özək təşkilatının sədri, o cümlədən kənd bələdiyyə sədrinin müavini vəzifələrinə sahiblənməyi ona sanki vətəndaş hüquqlarını davamlı şəkildə pozmaqda yardımçı olur. Belə ki, kənd bələdiyyələrinin ərazisində olan torpaq sahələrinin əvəzsiz xalqa məxsus olması dəfələrlə Prezident tərəfindən səsləndirilib və bu qanunla da təsbit edilib.

Y.Ağayev vəzifə səlahiyyətlərindən şüurlu şəkildə istifadə edərək kəndliyə məxsus torpaqları zəbt edərək, orada süni gölər və fermer təsərüfatları yaradıb. Qanuna əsasən dövlət quluqçularının bizneslə məşğul olmaları yasaqlansa da, Yalçın Ağayev əlinə düşən fürsətdən maksimum şəkildə yararlanmaqdadır. Kənd bələdiyyəsinin sədri Sahib Cəfərov belə müavini ilə demək olar ki, bacarmır. Mənbədən əldə etdiymiz məlumata görə qərarları bəzən bələdiyyə sədrinin adından Y.Ağayev verir.

Məlumata görə, Y.Ağayevin qısa müddətdə əldə etdiyi kapitalın məbləği o qədər çoxalıb ki, hətta Beyləqan rayon icra başçısı belə onunla hesablaşmalı olur. Qanunsuz yaranan suni göllərdən və fermer təssərrüfatlarından əldə etdiyi kapital hesabına oliqarx kimi rayonda söz sahibinə çevrilən Y.Ağayevə Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli idarəsinin belə gücü çatmır.

Ekologiya və Təbii Sərvətlər nazirinin göstərişi ilə 2016-cı ildən bu günə qədər xeyli qanunsuz göllər qurudularaq xalqın ixtiyarına verilib. Bu gün isə maraqlı bir məqam ortaya çıxır Nazir Hüseynqulu Bağırovun əmrlərini icra etməkdə acizlik nümayiş etdirən Beyləqan rayon Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli idarəsi bütün bunlara göz yummasına görəsən hansı bəhanələri gətirəcək? Normalda ölkə qanunlarını icra etməməyə və ETS nazirinin göstərişlərinin icra olunmamasına səbəb nə ola bilər? Əgər qanun nəyisə qadağan edirsə və aidiyyatı struktur da bu qanuna müvafiq qərar verirsə, əvəzində isə yerli şöbə laqeyidlik nümayiş etdirirsə, deməli burada qanuna müvafiq olmayan məqsədlər var.

Beyləqan rayon Yol İstismarı İdrarəsində baş mühasib işləyən bir şəxsin böyük gəlirli oliqarxa çevrilməsi görəsən necə mümkün olub?

Baş mühasibi hansı pullar oliqarxa çevirib?

Ardı var…

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.