SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Goranboyda nə baş verir? Rayonu başçının Rusiya vətəndaşı olan qardaşı idarə edir?

Goranboyda nə baş verir? Rayonu başçının Rusiya vətəndaşı olan qardaşı idarə edir?

Tarix:

25-07-2018, 14:58

/ 2 322 dəfə oxundu.
Goranboyda nə baş verir? Rayonu başçının Rusiya vətəndaşı olan qardaşı idarə edir?

Goranboy Rayon İcra Başçısı Nizammədin Quliyev Məzuniyyətə gedərkən bütün səlahiyyəti Rusiya vətəndaşı olan qardaşı Cəlaləddin Bəyə həvalə edir

Ölkə prezidenti dəfələrlə öz çıxışlarında və müraciətlərində qeyd edib ki, məmur özbaşnalığına son qoyulmalıdır. Lakin buna baxmayaraq hər sahədə məmur özbaşnalığı davam edir. Bu dəfədə Goranboy rayonunun İcra Başçısı Nizammədin Quliyevin özü və qardaşı Cəlaləddin Quliyevin Goranboyda yaratdığı ailə nəsil idarəçiliyinin faktları ilə sizlərə məlumat verəcəyik.

Son dövrlərdə ölkəmizdə baş vermiş hadisələr onu göstərdi ki, hələ də bəzi sahələrdə boşluqlar var. İstər Mingəçevir hadisələri, istərsə də Gəncə hadisələri onu göstərdi ki, dövlətimizin daxili düşmənləri nəfəs alır və fürsət düşən kimi dövlətə arxadan zərbə vurmağa tam hazırdırlar. Bu ona görə olur ki, bəzi dırnaq arası məmurlar ölkə başçısına yalan informasiyalar ötürməklə özlərini qorumağa çalışırlar. Amma dərk eləmirlər ki, belə qanunsuz, xəyanətkar işlərin üstü gec-tez açılır.
Mingəçevir hadisələrinin təhlili onu göstərdi ki, artıq heç bir məmur digər məmuru qorumağa qalxmır. Əksinə vəziyyəti tam təfsilatı ilə ölkə başçısına bildirirlər.
Redaksyamıza daxil olan məktubların birində isə belə yazılır: Goranboy Rayon İcra Başçısı Nizammədin Quliyev Məzuniyyətə gedərkən bütün səlahiyyəti Rusiya vətəndaşı olan qardaşı Cəlaləddin Bəyə həvalə edir. Dövlətin ona verdiyi gerbli möhürü, memarlıq –tikinti şöbəsinin möhür və ştampını da qardaşına həvalə edir. Yəqin ki, adiyyatı orqanlar Cəlaləddin bəyin ölkəyə giriş-çıxışını izləsələr sözün əsl mənasında şoka düşəcəklər. Bu adam ayın yarısından çoxunu xaricdə keçirir.
Məlumatı diqqətdə saxlayacağıq.

Mənbə: İcmal.az

Şərhlər

XƏBƏR LENTİ