Qazaxda qaz oğurluğu: rəisi kimlər və necə himayə edir?
Redaksiyamıza daxil olan məlumata görə Şəmkir rayonunda bir neçə ildir ki, on bir istixanaya rayon ərazisindən keçən magistiral qaz kəmərindən verilən mavi yanacaqla bağlı oğurluq faktının üstü açılıb. Belə ki, dövlətə külli miqdarda ziyan vurulub. Bununla bağlı daxil olan məlumata görə, dövlətə dəyən zərər bir milyon iki yüz min min (1.200.000) manat hesablanıb. Baş verən olayla bağlı mənbənin verdiyi məlumatda bildirilir ki, əslində ziyan daha çox olub, lakin Qazax rayonunda yerləşən Magistiral Qaz Kəməri Sahə rəisinin baş idarədə “adamı” olduğuna görə, oğorluq qazın məbləği minumuma endirilib
Məlumata görə məsələ hüquq mühavizə orqanlarından gizli saxlanıb və başda Magistitral Qaz Kəmərləri Sahəsinin rəis Müavini Elxan Osmanov olmaqla, üç nəfər XXİ –nin nəzarətçi vəzifəsini daşıyan əməkdaş işdən kənarlaşdırılıb. Bütün bunlara baxmayaraq, daxil olan məlumata görə adı çəkilən idarənin baş idarədəki “adamının” sayəsində Magistiral Qaz kəmərləri sahəsinin direktorunun bu günlərdə vəzifəsi dəyişdirilərək, Ağdam rayonuna eyni vəzifəyə trasfer olunacağı bildirilir. Məlumatla əlaqədar, magistiral qaz Kəmərləri Sahəsinin rəisi Elçin Bayramova redaksiyamız tərəfindən sorğu məktubu göndərsək də məktubumuz cavabsız qalıb.
Mövzunu diqqətdə saxlayacağıq…
cumhuriyyet.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək