Xaçmazda işıq sayğacı rəzaləti – “Bu necə rüsumdu ki, ürəyin istədiyin adama “güzəşt” edə bilirsən?!”
“Xaçmazda İşıq İdarəsi şəhər və kəndlərdə fəaliyyət göstərən kommersiya mağazalarında, iaşə müəssisələrində istismarı bitən və ya bitməyən bütün sayğacları dəyişdirir”. Azinforum.az xəbər verir ki, bu məlumatı bölgədə yaşayan jurnalist Cəmil Məmmədli verib. Jurnalistin sözlərinə görə, sayğaclar 75 manat borcla gəlir.: “İzahını da verirlər ki, Nazirlər Kabinetinin qərarına əsasən bu pulu ödəməlisən.
Bu qırılmış “bilmir” ki, dövlət rüsumu hansı yollarla ödənilir və ya hansı hallarda ödənilir. Deyim ki, tək Xudatın ərazisində 1500-dən çox mağaza var.
1500-ü 75-ə vurun, müdirin təkcə bu ay “xalturasını” təxminən hesablayın…
Hələ üstünə bütün rayonun kəndlərini də əlavə etsək…
Bu pulun halalı, haramı hansıdır?
Hələ sağ olsunlar, bəzi dost-tanışlarına ya birbaşa məbləği bağışlayırlar, ya da 20-30 manata söhbəti bağlayırlar…
Bu necə rüsumdu, necə ödənişdir ki, ürəyin istədiyin adama “güzəşt” edə bilirsən?!”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...