Gəncə səhiyyə idarəsində özbaşınalıq - Müraciət...
Redaksiyamıza müraciət edən sakinlər Gəncə səhiyyə idarəsində baş verən özbaşınalıqdan giley edirlər.Şikayətçilər öz müraciətlərində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə yerli səhiyyə idarəsi müdirinin ortaq maxinasiyasından da yazırlar.
Narazı gəncəlilərin müraciətlərində iddia olunur ki, Gəncə xəstəxanalarına ayrılan qida məhsulları arasında kərə yağı da var, amma nədənsə xəstələr dövlətin ayırdığı və normalara uyan kərə yağını bu günə qədər dada bilməyiblər".
Daxil olan müraciətdə deyilir: "Elmar Vəliyevin göstərişi ilə həmin kərə yağları qara bazara göndərilir, əvəzinə isə Yevlaxda Vəliyevə məxsus sexlərdə hazırlanan mənşəyi məlum olmayan, .üzərində heç bir etiket ve tarix olmayan şübhəli mənşəli saxta yağlar xəstəxanalara verilir. Gəncə səhiyyəsinin acınacaqlı hala gətirilməsində "bütün metodlar gözəldir" prinsipi ilə hərəkət edənlərin layiqli cavabı olacaqmı?"
Qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...