SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vaqif Mehdiyevin kobud hərəkətləri rayon sakinlərində narazılıqlar yaradır-UCAR

Vaqif Mehdiyevin kobud hərəkətləri rayon sakinlərində narazılıqlar yaradır-UCAR

Tarix:

28-02-2017, 00:37

/ 5 950 dəfə oxundu.
Vaqif Mehdiyevin kobud hərəkətləri rayon sakinlərində narazılıqlar yaradır-UCAR

Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Vaqif Mehdiyevin kobud hərəkətləri rayon sakinlərində narazılıqlar yaradır.Bu adam vəzifəsinə atasının mirası kimi baxır.Qəbullarda vətəndaşları çəkinmədən təhqqir edir, kobud sözlər işlədir.Çox təssüf olsun ki, rayon icra başçısı onun barəsində heç bir ölçü götürə bilmir.Həttda Vaqif Mehdiyev özünü o dərəcədə özbaşına aparır ki, evində istifadə etdiyi elektirik enerjisinin pulunu vermədiyindən borcu şişib küllü miqdarda olmuşdur. Elektirik şəbəkəsinin əməkdaşları ondan pul borcunu ala bilmirlər.Sakini olduğu Ucar rayonu Qazyan kənd ərazisində yerləşən böyük fermasında işçilərlə əmək müqaviləsi bağlamadan onların əməyini istismar edir. Yüzlərlə hektar torpaq sahələrinin vergisini ödəmir.
Qeyd edək ki, Vaqif Mehdiyev sabiq baş nazir Surət Hüseynovun komandasının üzvüdür.Surət Hüseynov Azərbaycanı tərk edib Rusiyaya qaçanda Vaqif Mehdiyevdə respublikanı tərk edib Rusiya bazarlarında alverlə məşğul olurdu. Ara sakitləşəndən sonra yenidən Azərbaycana qayıdıb vəzifə ala bilmişdir.Vaqif Mehdiyev ona aid məsələnin həll edilməsi üçün qəbula gələn rayon sakinlərini acılayıb təhqqir edir, vətəndaşların şikayətinə, xahişinə qətiyyən baxmır.Çox təkəbbürlü, ədabaz və acıdil olan Vaqif Mehdiyevdən rayon sakinlərinin xoşu gəlmir.Hamı bu yaramaz məmura nifrət edir.Həttda bu yaramaz öz qohum-qardaşı ilə də yola getmir onları dindirmir, hamısı ilə küsülüdür.Biz çox xahiş edirik Prezident cənab İlham Əliyev keçmiş baş nazir Surət Hüseynovun tör-töküntüsü olan Vaqif Mehdiyevin barəsində tədbir görsün.Vaqif Mehdiyevin əsil vəzifəsi qoyun sürülərini otarmaqdır.

İmza Ucar rayon sakinləri
1) Məmmədov Sabir Qulam oğlu
2) Qəhrəmanov Səadət Camal qızı
3) Feyzullayev Fərhad Raqif oğlu
4) Cəbiyev Novruz Qasım oğlu
5) Babayeva Dursun Vəli qızı
6) Qəniyev Tahir Eldar oğlu

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ