XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Masallıda Prezidentin sərəncamına uyğunsuz işlər aparılmaqdadır deyə sakinlər etiraz edib - VİDEO

Masallıda Prezidentin sərəncamına uyğunsuz işlər aparılmaqdadır deyə sakinlər etiraz edib - VİDEO

Masallıda Prezidentin sərəncamına uyğunsuz işlər aparılmaqdadır deyə sakinlər etiraz edib - VİDEO
20-06-2018, 11:36

Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynova

Masallı rayon Xallıcalı kənd sakini Rzayev Rəyasət Əzim oğlu tərəfindən

ŞİKAYƏT

Sizə bildiririk ki, bizim yaşadığımız kəndin əhalisinin sayı 1000(bir min)nəfərdən çoxdur.Tarix boyu bizim kənddə asfalt yol olmayıb.Kəndimizə Qarqalıq kəndindən başlamaqla 1800 metr asfalt yol çəkilməsi üçün möhtərəm Prezidentimiz H.Ə.Əliyev tərəfindən sərəncam verilməsinə çox-çox sevindik və bununla da, dövlətimizin bizi də firavanlığa qovuşduracağını düşündük.Axı hər bir ailədən olan yüzlərlə əməkçi hər gün başqa yerlərdə olan iş yerlərinə gedib- gəlirlər və ailələrinin rifah halını yaxşılaşdırırlar.Bu yoldan hər gün dəfələrlə Qədirli-Masallı və Xallıcalı-Masallı müntəzəm marşrut avtobusları gedib-gəlir,kəndimizin şagirdləri qonşu Qarqalıq kənd tam orta məktəbinə gedirlər. Bundan əlavə olaraq bizim bu çəkilməli olan asfalt yoldan ümumi əhalisinin sayı 10000 nəfərdən çox olan qonşu Qədirli, Qarqalıq, Eminli, Dəlləkli, Kalinovka, Qızılağac,Kürdabas,Alşanlı, Yeddioymaq, Səmidxan,Köçəkli və başqa kəndlərin sakinləri də hazırda istifadə edirlər.Ümumiyyətlə bu yol çox intensiv istifadə olunan yoldur.Deməli 1800 metr asfalt yol çəkilsə on mindən çox əhalinin yol problemi həllini tapar.
Bizim kəndin yolu AR NK 2005-ci il 31mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Yerli Əhəmiyyətli Yolların siyahısında; sıra nömrəsi :27 ,Yolun indeksi və nömrəsi: Y-44-15 ,Yolun adı: Y-44-14(7km Kürdabas-Qarqalıq-Qədirli),Yolun uzunluğu: 7 kilometrdir.
Artıq yol inşaatçıları işə başlayıblar, lakin bizim kəndə layihədə Qarqalıq kəndindən keçməklə çəkilməli olan cəmi 1800 metr yolu çəkmirlər.Bu isə hamımızın haqlı narazılığına səbəb olub.
Çox hörmətli Masallı rayon icra hakimiyyətinin başçısı Hüseynov xahiş edirik ki,bizim kəndə çəkilməli olan 1800 metr asfalt yolun inşası üçün müvafiq tədbir görəsiniz.

Xallıcalı kənd sakinləri adından Rzayev Rəyasət Əzim oğlu- Masallı rayonu Xallıcalı kənd sakini.

Əlaqə telefonum; 050-376-99-30

27 may 2018-ci il.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN APARATI

MİLLİ MƏCLİSİN İNFORMASİYA MƏSƏLƏLƏRİ SEKTORU

AZ1152, Bakı, Parlament prospekti, 1 www.meclis.gov.az

Mövzu: Sizə bildiririk ki, bizim yaşadığımız kəndin əhalisinin sayı 1000(bir min)nəfərdən çoxdur.Tarix boyu bizim kənddə asfalt yol olmayıb.Kəndimizə Qarqalıq kəndindən başlamaqla 1800 metr asfalt yol çəkilməsi üçün sərəncam verilməsinə çox-çox sevindik və bununla da, dövlətimizin bizi də firavanlığa qovuşduracağını düşündük.Axı hər bir ailədən olan yüzlərlə əməkçi hər gün bu yolla başqa yerlərdə olan iş yerlərinə gedib- gəlirlər və ailələrinin rifah halını yaxşılaşdırırlar.Bu yoldan hər gün dəfələrlə Qədirli-Masallı və Xallıcalı-Masallı müntəzəm marşrut avtobusları gedib-gəlir,kəndimizin şagirdləri qonşu Qarqalıq kənd tam orta məktəbinə gedirlər. Bundan əlavə olaraq bizim bu çəkilməli olan asfalt yoldan ümumi əhalisinin sayı 10000 nəfərdən çox olan qonşu Qədirli, Qarqalıq, Eminli, Dəlləkli, Kalinovka, Qızılağac,Kürdabas,Alşanlı, Yeddioymaq, Səmidxan,Köçəkli və başqa kəndlərin sakinləri də hazırda istifadə edirlər.Ümumiyyətlə bu yol çox intensiv istifadə olunan yoldur.Deməli 1800 metr asfalt yol çəkilsə on mindən çox əhalinin yol problemi həllini tapar. Artıq yol inşaatçıları işə başlayıblar, lakin bizim kəndə layihədə Qarqalıq kəndindən keçməklə çəkilməli olan cəmi 1800 metr yolu çəkmirlər.İnşaatçılar deyirlər ki,sizə yol çəkilməyəcək.Bu isə hamımızın haqlı narazılığına səbəb olub. Xahiş edirik bildirəsiniz bizə niyə asfalt yol çəkmirlər?
Başlıq: Hörmətli Rəyasət Rzayev.
Cavab: Məlumat üçün nəzərinizə çatdırırıq ki, 2018-ci il iyunun 11-də Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet saytından daxil olmuş İM-1806-005 saylı müraciətiniz “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq baxılması üçün Azərbaycan Respublikası Milli Məclisi Aparatının müvafiq şöbəsinə göndərilmişdir. Milli Məclisin İnformasiya məsələləri sektoru


Daha sonra Milli Məclisdən vətəndaşın müraciətinə verilən cavab olduğu kimi təqdim edirik:

Hörmətli, R.Rzayev
Sizin Azərbaycan Respublikası Milli Məclisinə daxil olmuş 014/2927 nömrəli elektron müraciətiniz baxılmaq üçün 14 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinə göndərilmişdir.

Milli Məclisi Aparatının vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.