XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Xızıda şərəfli vətən oğullarına SAYĞISIZLIQ

Xızıda şərəfli vətən oğullarına SAYĞISIZLIQ

Xızıda şərəfli vətən oğullarına SAYĞISIZLIQ
30-05-2018, 08:50

Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin Xızıda-Mikayıl Müşfiqin xatirə muzeyinin həyətindəki lövhədə əks olunmuş fotoları baxımsız vəziyyətdədir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə sosial şəbəkə fəalı Emin Tarverdiyev öz hesabında foto paylaşıb:

"Pafosu sevirik, həm də çox, belə lap, lap, lap çox... Cümhuriyyətimizə sevgimiz bu şəkildən bəllidir. Şəkli Mikayıl Müşfiqin xatirə muzeyinin həyətində bu gün çəkmişəm. Müdiriyyətə "şəklin ölçüsünü deyin, biz hazırladıb yollayaq" dedik. Utana-utana "tezliklə dəyişdiriləcək, əziyyət çəkməyin" dedi".
Qeyd edək ki, bir müddət öncə M.Müşfiqin Bakı şəhərində qoyulmuş abidəsinin tikinti aparmaq adıyla dağıdılması da sosial şəbəkələrdə geniş rezonansa səbəb olmuşdu. Həmin vaxt şairin büstünün çıxarılmasına görə üç nəfər cəzalandırılmışdı.
Xızıda şərəfli vətən oğullarına SAYĞISIZLIQ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.