Sabirabadda məcburi kitab satan müavin qadının macəraları-FOTO
İcra Başcısının müavini Şahnaz Babayevanın məktəb direktorlarına məcburi şəkildə kitab aldırdığı barədə məlumat vermişdik. Bildirilirdi ki,
Sabirabadda məktəb direktorlarına tapşırılıb ki, hərəsi dövlət başçısının 2 kitabını alsınlar. Bunu təhsil şöbəsində keçirilən iclasda icra hakimiyyətinin müavini Şahnaz Babayeva deyib. O, bildirib ki, kitabın dəyəri 25 manatdır, kim 30 manat verərsə başının ucalığıdır. Onu da bilin ki, almaq da öz xoşunuza deyil, heç kim bəhanə gətirməsin. Xanım müavin rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun adından onu da direktorlara çatdırıb ki, kitabı almaq məcburidir. İndi direktorlar necə deyərlər iki daş arasında qalıblar. Bilmirlər ki, nəğd pulla heç nə almayın deyən Təhsil nazirliyini eşitsinlər, yoxsa icra hakimiyyətinin müavini Şahnaz xanımı. İndi sizə Şahnaz Babayevanın xarici ölkələrdəki səyahət şəkillərini təqdim edirik. O, asudə vaxtını çox vaxt Gürcüstan, Türkiyə və s. kimi ölkələrdə keçirir. Görünür xanım məmur kitab satışı və digər qanunsuz yollarla qazandığı vəsait hesabına xaricə sayəhət edir. Bu yaxınlarda Sabirabadda nüfuzlu bir məmurun yaxın qohumları avtomobil qəzəsında həlak oldu.
Dəfn mərasimində icra başcısı Nazim İsmayılovla yanaşı digər məmurlar və rayon ictimayyətinin nümayəndələri iştirak edirdi. Həmin dəfn mərasiminə Şahnaz Babayevanın da gəldiyini görən icra başcısı Nazim İsmayılov onu qəbirsanlıqdan qovub. Məgər qadında dəfn mərəsiminə gedərmiş ? Bu qadının Sabirabadda belə vəzifəni icra etməsi rayon sakinləri tərəfindən mənfi qarşılanır.
xalqxeber.az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...