XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » SABİRABAD MƏRKƏZİ XƏSTƏXANASININ HƏKİMLƏRİNİN GİZLİ EŞQİ İFŞA OLUNDU

SABİRABAD MƏRKƏZİ XƏSTƏXANASININ HƏKİMLƏRİNİN GİZLİ EŞQİ İFŞA OLUNDU

SABİRABAD MƏRKƏZİ XƏSTƏXANASININ HƏKİMLƏRİNİN GİZLİ EŞQİ İFŞA OLUNDU
22-05-2018, 12:39

Redaksiyamıza Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən ikisinin gizli eşq həyatı yaşadıqları barədə məlumat daxil olub.

Məlumata görə, mayın 4-6-da xəstəxananın 20-dən çox tibb işçisi istirahət məqsədilə Qusar rayonunda olub. Ancaq qəribə olan odur ki, xəstəxananın müxtəlif şöbələrində çalışan iki həkim (kimlikləri və hansı şöbələrdə işlədikləri bizə məlum olsa da, açıqlamırıq – red.) arasında yaşanan gizli eşq macərası uzun illər məxfi saxlanılsa da, həmin istirahət günlərində hər şey çılpaqlığı ilə üzə çıxıb. Hətta onların gizli sevişmələri öz iş yoldaşlarının biri tərəfindən mobil telefonla videoya çəkilib və baş həkimə göndərilib. Məsələdən xəbər tutan Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev isə baş verənlərdən narahat olaraq təxirəsalınmaz addımlar atıb.
Belə ki, baş həkim Y.Quliyev gizli eşq macərası faş olan cütlüyün zərif cinsin nümayəndəsini dərhal işdən kənarlaşdırıb, ancaq bəlli olmayan səbəbdən kişi həkimi işində saxlayıb.
Mənbənin sözlərinə görə, baş həkim rəhbərlik etdiyi tibb müəssisəsinin adına xələl gəlməmək üçün həmin eşq macərasını cidd-cəhdlə gizlətməyə çalışsa da, buna müvəffəq ola bilməyib.
Məsələni dəqiqləşdirmək üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyevlə onun bizə təqdim olunan iki mobil telefon nömrəsi ilə əlaqə yaratmağa çalışsaq da, cəhdimiz alınmadı. Baş həkim zənglərə cavab vermədi. Ancaq yenə də baş həkimi dinləməyə hazırıq.

***

Qeyd edək ki, 2017-ci il noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istifadəyə verilən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Onu da xatırladaq ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə yeni bina tikilib. Yeni xəstəxana üçün ayrılan 4,77 hektar torpaq sahəsinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tikinti işlərinə 2012-ci ildə başlanıb və ötən ilin oktyabrında başa çatdırılıb. Ancaq çox təəssüf ki, milli memarlıq baxımından göz oxşayan belə bir tibb müəssisəsinin fəaliyyətinə kölgə salan xoş olmayan hadisələr də baş verir.

Mövzunu diqqətdə saxlayacağıq.

tezadlar.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.