SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda Rəşad Şükürov kabusu: prezidenti sabotaj edən kimdir? - Dosye

Göyçayda Rəşad Şükürov kabusu: prezidenti sabotaj edən kimdir? - Dosye

Tarix:

17-05-2018, 10:04

/ 4 779 dəfə oxundu.
Göyçayda Rəşad Şükürov kabusu: prezidenti sabotaj edən kimdir? - Dosye

Göyçaya gəlib-gedən icra başçılarının kimliyindən asılı olmayaraq, RİH-nin şəhər üzrə ərazi nümayəndəsi Rəşad Şükürov bölgədə hegemonluq edir

Onun qoçu dəstəsi saxladığı, vətəndaşlara “divan tutduğu”, icra başçıları ilə belə hesablaşmadığı iddiaları var.

Media üzərindən xəbər veririk ki, əvvəl Mübariz Ağayevin, indi də Mehdi Səlimzadənin dövründə R.Şükürov kabusu Göyçayda yaşanır.

Bir müddət öncə R.Şükürov başına dəstə toplayaraq “AVA-N” MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarına hücum çəkmişdi.

Kiçik sahibkarlara təzyiq və təhdidlər göstərən icra nümayəndəsi biznes mühitini sabotaj edir.

Prezident tərəfindən sahibkarlara dəstək olsa da, yerlərdəki R.Şükürov kimi məmurlar bu siyasəti baltalamaqla məşğuldurlar. Göyçayda hələ də görülən işlərə kölgə salan məmurlar var.

Belə məmurlardan biri də Göyçay rayon İcra Hakimiyyətinin Bələdiyyələrlə və kənd icra nümayəndələri ilə İş şöbəsinin müdürü Rəşad Şükürovdur.

Bu ad göyçaylılara yaxşı tanışdır. Gənc yaşlarından İcra Hakimiyyətinə gələn məktubları ünvanlara çatdırılması ilə məşğul olub.

Rəşad Şükürov nəinki kənd bələdiyyələrinin və icra nümayəndələrinin, yerli sahibkarların da “torbasını tikmək”lə məşğuldur. Həm də özü yerli sahibkarlardan sayılır.

Ona məxsuz rayonun Potu və Hüngütlü kənd ərazisində hektarlarla torpaq sahəsi, fermer təsərrüfatı, bir neçə ticarət obyektləri və mebel sexi var. O öz vəzifəsindən istifadə edərək rayon tikinti monopoliyasını əlinə keçirib.

Media üzərindən xəbər veririk ki, onun icazəsi olmadan məhşur tikinti şirkətlərinin gündəlik satılan mallarından bir neçəsi, xüsusən də sementin rayonda satışı qeyri-mümkündür.

Kim istəsə bu işlə məşğul olsun şərlənərək müflis olur. Onun bu hərəkətləri təkcə bununla bitmir. Şükürova məxsuz Potu kənd ərazisində hər tərəfi hündür divarlarla əhatə olunan ora nəinki, vergi işçisi, heç quş da düşə bilməz.

Keçmiş başçı Mənsur Məmmədovla isti münasibətindən istifadə edərək məktəblər və idarələr üçün lazım olan mebel məmulatlarının demək olar ki, Şükürovun sexində hazırlanıb həmin ünvanlara göndərilirdi.

İş adamları mətbuatda yazırlar ki, nəinki idarə və müəssələr, hətta mebel satışı ilə məşğul olan sahibkarlara da bu məhsullar zorla satdırılırdı. Lakin indi R.Şükürovun işləri xeyli çətinləşib.

Əvvəllər kənd bələdiyyələrindən və icra nümayəndələrindən aldığı aylıq 50-100 manata təzə başçı M.Səlimzadə tamamilə son qoyub.

İndi ustalıqla həmin adamlardan guya gələn qonaqları yola salmaq adı altında toyuq, hinduşka, süd məhsulları, yumurta, nar, heyva alaraq bazarda yaxın adamları tərəfindən satdırır.

Hətta bir az irəli gedərək imkanlı bələdiyyələrdən guya yuxarılara göndərəcək adı altında qoyun da alır. Bu qoyunlarda ona məxsuz fermaya göndərilir.

Rəşad Şükürov istirahətini hər il Ukraynada keçirir. Ziya Məmmədovun “qılıncının dalı və qabağı kəsən” vaxtlar Şükürov Potu kəndində yerləşən torpaqlarının nəqliyyat nazirinin villasına yaxın olduğunu fəxrlə bildirərək deyirmiş ki, bu yaxınlıq onu tezliklə Göyçaya, ola bilsin digər rayonlara başçı göndərməsi ilə nəticələnəcək.

Ölkə prezidentinin sahibkarlığın inkişafı və monopoliyanın qaldırılması haqqında verdiyi fərmanlarımı pozan, bu fərmanları adı kağız parçası hesab edən Şükürov haqda tədbir görülmür.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ