SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcabədidə Saleh Məmmədovun büdcə zorlayan istismar idarəsindən şok faktlar

Ağcabədidə Saleh Məmmədovun büdcə zorlayan istismar idarəsindən şok faktlar

Tarix:

17-05-2018, 09:58

/ 2 097 dəfə oxundu.
Ağcabədidə Saleh Məmmədovun büdcə zorlayan istismar idarəsindən şok faktlar

Ağcabədi rayonunda bir qarış normal asfalt olmadığı halda, yol idarəsi müdiri və oğlu milyonçu kimi yaşayır

33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi Hüseynov rayonda çəkilməyən yolların pullarını silib.

Bunun nəticəsidir ki, V.Hüseynov nazir kimi yaşayır: biznes, mal-mülk, bahalı maşınlar, hər gün restoranlarda ziyafət...

Ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər Ağcabədinin yol idarəsi rəisindən hesabat tələb etməyib.

Hazırda rayonun həm mərkəzi küçələri, həm ara yollarının asfaltı sakinlərin yadından çıxıb. Onlar sonuncu dəfə asfalt sovet dövründə görüblər.

Onun oğluna məxsus şirkəti - “Fərid Ağcabədi” MMC tenderlərdə həmişə “qalib” olur. Son dövrlərdə isə idarəyə pul ayrılmadığı üçün V.Hüseynov “kasıblayıb”.

İndi onun başı bahalı avtomobil kolleksiyası, yanacaqdoldurma məntəqəsi, evləri, asfalt zavoduna qarışıb.

İdarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə paytaxta daşıyaraq bu biznesə də əl qoymuş V.Hüseynov icra başçısı olmağa iddialıdır.

Əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.

Agentlik rəhbəri Saleh Məmmədov bu quruma rəhbərlik etdiyi dövrdən heç bir islahat, müsbət addım atmayıb. Hələ də rayonlarda yol istismar idarələri büdcə pullarını istismar etməkdədirlər.

S.Məmmədovun bu hallara göz yumması ya əlbir olduqlarından irəli gəlir, yaxud da ondan xəbərsiz maxinasiyalar reallaşır. Hərçənd, ikinci versiya inandırıcı görünmür.

KİV yazır ki, Vidadi Hüseynovun Bakı şəhərində 3 evi olduğu bildirilir. Prezident məmurlara dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar korrupsiya və rüşvətdən əldə etdikləri pulla kasıb vətəndaşlara göz dağı verməkdə davam edirlər.

Bunun göstəricidir ki, Vidadi Hüseynov özünə təzə “LEXSUS”, oğlu Fərid Hüseynova isə son model “RANGE ROVER” avtomobillər almışdı.

Bildirək ki, bir qayda olaraq Ağcabədi rayonunda həyata keçirilən yol təmir tikinti işlərinin tender satışı rayon icra hakimiyyəti vasitəsi ilə məhz Vidadi Hüseynovun 33 saylı Yol İstismar İdarəsinə və oğluna məxsus “Fərid Ağcabədi” MMC şirkətinə verilir.

Son 3 ildə 33 saylı Yol istismar İdarəsi və “Fərid Ağcabədi” MMC milyonlarla manatlıq tenderin qalibi olub.

Bir çox tenderlərdə isə külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi dəfələrlə mətbuat orqanlarında işıqlandırılıb. Belə bir məmurun vəzifədə saxlanması büdcəyə xəyanətdir.

Ümumiyyətlə, S.Məmmədov yol istismar idarələrini ləğv edərək yeni sistem yaratmalıdır. Bu idarələr dövlətin pullarını şəxsi işlərinə xərcləyir. Odur ki, rayonlarda yollar bərbad gündədir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ