XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » QUBADA VELOYÜRÜŞ ZAMANI TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB

QUBADA VELOYÜRÜŞ ZAMANI TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB

QUBADA VELOYÜRÜŞ ZAMANI TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB
7-05-2018, 10:55

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, mayın 5-də Quba Rayon İcra Hakimiyyətinin və “Quba ASAN Həyat” Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Qubada veloyürüş keçirilib. Saat 10:00-da baş tutan veloyürüşdə Rayon İcra Hakimiyyətin, dövlət idarə rəhbərləri və əməkdaşları, yerli sakinlər, şəhərin qonaqları və olan yeniyetmələr istirak edib.
Tədbir zamanı Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. Rayonda ictimai təhlükəsizliyin təmin olunmasında şəxsi heyət qarşıya qoyulmuş tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.
Quba-Qəşrəş yolundan start götürən veloyürüş Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında sonlanıb. Finiş xəttdində iştirakçıların təntənəli qarşılama mərasimi təşkil olunub.
Veloyürüş zamanı marşrut üzrə ərazilərin mühafizəsi tam təmin edilməklə, DYPB-nin əməkdaşları tərəfindən marşrut ərazisində yerləşən yolayrıclarına nəqliyyat vasitələrinin daxil olmasının və törənə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində lazımi bütün tədbirləri görülüb.
Quba RPŞ-nin əməkdaşları keçirilən tədbir zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Tədbirin sonunda Quba Rayon İcra Başçısı Ziyəddin Əliyev tərəfindən veloyürüşdə iştirakçılarına kubok, diplom və hədiyyələr təqdim olunub.

Nizam Həmidov
polis leytenantı
QUBADA VELOYÜRÜŞ ZAMANI TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB
QUBADA VELOYÜRÜŞ ZAMANI TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB
QUBADA VELOYÜRÜŞ ZAMANI TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB
QUBADA VELOYÜRÜŞ ZAMANI TƏHLÜKƏSİZLİK TAM TƏMİN OLUNUB

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.