SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sahil Babayev icra başçısının Göyçaydakı məmur qardaşı ilə vidalaşır- İddialar

Sahil Babayev icra başçısının Göyçaydakı məmur qardaşı ilə vidalaşır- İddialar

Tarix:

5-05-2018, 14:51

/ 2 805 dəfə oxundu.
Sahil Babayev  icra başçısının Göyçaydakı məmur qardaşı ilə vidalaşır- İddialar

İndi nəzərlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə dikilib; Gənc nazirdən ictimaiyyətin gözləntisi sosial sahədə islahatlar aparacağıdır...
S.Babayevin kadr dəyişikliyi, aşağılarda rüşvətə son qoyacağını ümid edənlər var.
İlk növbədə pensiya fondlarında, məşğulluq mərkəzlərində, “VTEK”lərdə dəyişikliyə ciddi zərurət var. Onlardan biri də Göyçayda yerləşir.
Gənc nazirin Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılovu vəzifədə saxlayacağı qeyri-müəyyəndir.
Keçmiş nazir Səlim Müslümovun dövründə adı müxtəlif işlərdə hallanmış N.İsmayılovun postunda qalacağı inandırıcı görünmür. S.Babayevin onun yerinə perspektivli kadr təyin edəcəyi gözlənilir.
Məsələn, Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəmişdi. Onun isə çörək almağa pulu yox idi.
Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət etmişdi. Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır.
İndi sual doğurur ki, gənc nazir icra başçısının qardaşı ilə işləyəcək yoxsa vəzifəsindən azad edəcək?!
Əgər icra başçısı əlaqələrini işə salıb nazirə minnətçi düşəcəksə, S.Babayev şəffaf idarəçiliyi xahiş-minnətə qurban verəcəksə, onda S.Müslümovdan fərqli olmayacaq.
Bir müddət əvvəl də mətbuatda Mərkəz direktorunun iş yerlərini satışa çıxardığı haqda açıqlamalar olmuşdu. Hüquq müdafiəçisi Rahim Bayramov Feysbukda yazmışdı.
Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir.
Bu qanunsuzluqların indiyə qədər davma etdiyi iddia olunur. Odur ki, S.Babayevin gənc və islahatçı nazir kimi prezidentin etimadını doğrultması üçün bu cür kadrlarla vidalaşacağı bildirilir.
Sosial şəbəklərdə yazırlar ki, Göyçay, Lənkəran və əksər bölgələrdə Məşğulluq Mərkəzlərinin rəhbərləri dəyişiləcək.
Sadəcə, N.İsmayılov Sabirabadın icra başçısı işləyən qardaşının hesabına vəzifəsini qoruyub saxlayıb.
Yada salaq ki, Sabirabadın şefi Göyçayda xaniman yaradıb. Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçayda, Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villanın təməlini qoydurub.
Təbii ki, Sabirabadın icra başçısı Nazim İsmayılov maaşı ilə oğluna Göyçay rayonunda imarət tikdirdiyini idda edə bilməz.
Bununla bağlı ölkə başçısı dəfələrlə məmurlara üz tutaraq dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi ilə bağlı israfçılığa yol verməməyi tələb edib.
Həmçinin dövlət başçısı dəflərlə şəffaflığın təmin olunmasını tələb edib.

Nazirliyin və yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. //FIA.AZ//

Şərhlər

XƏBƏR LENTİ