XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Lənkəranın icra başçısı vətəndaşı məhkəməyə verdirib – Şikayət

Lənkəranın icra başçısı vətəndaşı məhkəməyə verdirib – Şikayət

Lənkəranın icra başçısı vətəndaşı məhkəməyə verdirib – Şikayət
21-04-2018, 10:21

Lənkəran şəhər sakini, Ş.Xiyabani 157, mənzil 8-də yaşayan, təqaüdçü Məmmədov Nazim Qulam oğlu prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

AzEuroNews.com-un xəbərinə görə, o, müraciətində rayondakı məmur özbaşınalığından və üzləşdiyi qanunsuzluqlardan bəhs edir.

“Dövlət əmlakını dağıdanlara, korrupsiya, rüşvətxorluqla məşğul olanlara qarşı içtimaiyyət də biganə qalmamalıdır.

Çağrışınıza mən də ictimaiyyətin bir üzvü olaraq, qoşulmuş, Sizin sözünüzü özümə arxa bilib “Lənkəransutikinti” Özəl TM-nin müdiri Ələkbərov Həsənağa Məhərrəm oğlunun dövlət əmlakının mənimsəməsi və işində korrupsiya ilə məşğul olması barədə faktlar əsasındakı materialları Sizə və aidiyyatı orqanlara göndərmişəm.

Prezident Adminstrasiyasına ünvanladığım müraciətlərimin cavabları araşdırılmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə göndərilsə də, mənə kömək etmək əvəzinə, əfsuslar olsun ki, həmin müraciətləri dövlətimizin külli miqdarda vəsaitini mənimsəyən Ələkbərov Həsənağa Məhərrəm oğluna təqdim ediblər.

O da Lənkəran İcra Hakimiyyəti tərəfindən verilmiş həmin məktublara siyasi don geyindirərək məni məhkəməyə verib.

Bir sözlə, bir vətəndaş olaraq, mənə sayğısızlıq edilmiş, Prezidentə ünvanladığım məktublarımın cavabını mənə vermək əvəzinə, Ələkbərov Həsənağa Məhərrəm oğluna veriblər.

Cənab Prezident, Ələkbərov Həsənağanın faktlar əsasında cinayət xarakterli əməlləri barədə birinci dəfə Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova müraciət etmişəm.

Müraciətimə Taleh Qaraşovun müavini Möhübbət Babayev cavab verərək bildirib ki, Ələkbərov Həsənağanın cinayət xarakterli əməllərini bizə yox, aidiyyatı orqanlara müraciət etməyiniz tövsiyə olunur.

Mən də Möhübbət Babayevin dediyi kimi hərəkət etdim. Sonradan başa düşdülər ki, Ələkbərov Həsənağanın cinayət xarakterləri əməllərinə şərait yaradan və ona göz yuman elə Lənkəran İcra Hakimiyyətinin özü imiş.

Bunu gec başa düşən Lənkəran icra başçısı Taleh Qaraşov və Möhübbət Babayev məni susdurmaq məqsədi ilə Ələkbərov Həsənağa ilə birləşərək ona himayədarlıq etməyə başlayıblar.Mənim Prezidentə göndərdiyim müraciətlərimə siyasi don geydirərən də bunlar olub”.
RİH-nin mövqeyini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.