Neftçalanın icra başçısından Milli Qəhramana qarşı hörmətsizlik?
Neftçala rayonunun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuş mayor İmanov Samit Gülağa oğlunun xatirəsinin əbədiləşdirilməsi istiqamətində heç bir iş görmür.
Bu sözləri əslən Neftçaladan olan ictimai fəal Dəyanət Babayev avropa.info-ya ünvanladığı müraciətində bildirib.
“Aprel ayında cəbhə xəttinin Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlunun şəhid olmasının üstündən 1 il 9 ay keçməsinə baxmayaraq hələ də şəhidin yaşadiqi Neftçala rayonda ata evinin qapısına “Milli Qəhrəman Samit İmanov bu evdə yaşamışdır” adlı lövhə vurulmayıb. Baxmayaraq ki, prezident İlham Əliyev aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə müvafiq sərəncamlar imzalayıb.
Maraqlıdır, icra başçısı vətən şəhidə, onun ruhuna, vətən uğrunda canını vermiş qəhrəmanı yetişdirən ailəyə qarşı hansı haqqla bu addımı ata bilər?” deyə Dəyanət Babayev müraciətində bildirib.
Qeyd edək ki, şəhid İmanov Samit Gülağa oğluna Ali Baş Komandan İlham Əliyevin sərəncami ilə Milli Qəhrəman adi verilib.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...