SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ŞİRVANDA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR KEÇİRİLİB

ŞİRVANDA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR KEÇİRİLİB

Tarix:

5-04-2018, 22:09

/ 2 379 dəfə oxundu.
ŞİRVANDA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR KEÇİRİLİB

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər Olimpiya İdman Kompleksində ordumuzun zəfər qazandığı 2016-cı il aprel döyüşlərində şəhid olan soydaşlarımızın xatirəsinə mini-futbol turniri keçirilib.
Turnirin açılış mərasimində və final qarşılaşmasından əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Qanun” və “İslam” komandaları arasında baş tutan final matçı gərgin mübarizə şəraitində keçib. Sonda “İslam” komandası turnirin qalibi olub.
Mükafatlandırma mərasimini açan Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev iki il əvvəl erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının qüdrətli Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, nəticədə bir çox strateji mövqelərin Silahlı Qüvvələrimizin nəzarətinə keçdiyini, hərbçilərimizin yeni, daha üstün mövqelərə sahib olduğunu deyib. O, qeyd edib ki, düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qarşı tərəf çoxsaylı canlı qüvvə və xeyli sayda hərbi texnika itirərək geri çəkilib, yaranmış vəziyyət Ermənistanda qorxu və təşviş yaradıb. Azərbaycan Ordusunun bu qələbəsi nəticəsində nəzarətsiz qalmış ərazilərdə indi yeni dinc quruculuq, təsərrüfat işlərinin canlandığını, bu hərbi üstünlüyün cəmiyyətimizdə ruh yüksəkliyi ilə qarşılandığını diqqətə çatdırıb.
Sonda H.Quliyev turnirin qalibi ilə yanaşı, göstərdiyi texnika və bacarığa görə fərqlənən idmançılara diplom, qiymətli hədiyyələr təqdim edib.

Toğrul Nəsirli
polis leytenantıŞİRVANDA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR KEÇİRİLİB
ŞİRVANDA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR KEÇİRİLİB

Şərhlər

XƏBƏR LENTİ