Ağdam maliyyəsində Rəşad Məhərrəmov və Şahin Abışov maxinasiyaları
Maliyyə İdarəsinin müdiri büdcə rəisi ilə birləşərək dövlətin büdcəsini talayır
Ağdamdan AzFakt.com-a daxil olan məlumata görə Ağdam rayon Maliyyə İdarəsinin müdiri Rəşad Məhərrəmov sələfi Elşad Əhmədovun “ənənə”sini davam etdirir. Saytımıza verilən məlumatda vurğulanır ki, Rəşad Məhərrəmov rayon icra nümayəndələrinə hər rüblük verilən maddi yardım üçün 50 manat pul tələb edir.
Maliyyə idarəsi müdirinin ən böyük qazancının isə büdcə təşkilaları və icra nümayəndələri ilə aparılan köçürmədə özü üçün tutduğu 40 % qanunsuz “şapkadır”.
Məlumata görə Rəşad Məhərrəmov rayonda fəaliyyət göstərən idarə və müəsissələ təşkilatların qarşısına şərt qoyur ki, həyata keçirtdikləri vəsait köçürmələrini onun nəzarətində olan şirkətə köçürtməlidirlər. Rəşad Məmmədovun şirkətinə köçürülən vəsaitin 40% faiz qalmaqla əməliyyat edən müəsissəyə 60% faiz vəsait nəğd şəkildə ödənilir. Verilən məlumata görə Ağdam Maliyyə İdarəsində Rəşad Məhərrəmovun idarə və müəsissələrlə həyata keçirtdiyi maliyyə maxinasiyalarında əsas iştirakçı – “kilid adam” idrənin büdcə rəisi Şahin Abışovdu. Məhz Maliyyə İdarəsinin müdiri ilə büdcə rəisi Şahin Abışov birləşərək hər ay Ağdam rayon idarə, müəsissə və icra nümayəndələrində köçürmə əməliyyatı həyata keçirtməklə yaxşı qazanc əldə edirlər.
Bildirək ki, Ağdam Maliyyə İdarəsinin rəisi Rəşad Məhərrəmovun adı ölkə mətbuatında adı tez-tez gündəmə gələn Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşıdır. Məlumata görə Mehdi Səlimzadə yaxın aylarda qardaşı Rəşad Məhərrəmovu Ağdam rayon icra başçısı vəzifəsinə gətirməyi planşadırır.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...