SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Ceyrançöl” meşəliyində “soyqırım” – Qazaxda kəsilən ağacların yeri baha qiymətə satılır (VİDEO)

“Ceyrançöl” meşəliyində “soyqırım” – Qazaxda kəsilən ağacların yeri baha qiymətə satılır (VİDEO)

Tarix:

24-02-2018, 15:42

/ 1 203 dəfə oxundu.
“Ceyrançöl” meşəliyində “soyqırım” – Qazaxda kəsilən ağacların yeri baha qiymətə satılır (VİDEO)

Bir qrup vəzifələi şəxslər tərəfindən, Qazax meşələrinə divan tutulması ilə bağlı redaksiyaya müraciət daxil olub. Daxil olan müraciət bildirilir ki, “Ceyrançöl” meşəliyində bağ meşəsindən 4000 (dörd min) dən çox meyvə ağacları kəsilərək sanki meşəliyi talan edirlər. Dəfələrlə müxtəlif distansiyalara müraciət olunsada bu meşə talançılarına dur deyən tapılmır. Qazax rayon sakini Əliyev İsgəndar Qələndər oğlunun redaksiyamıza təqdim etdiyi müraciətə istinadən bildiririk ki, Qazax rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aqil Həsənov, Qazax Bələdiyyəsinin sədri Tofiq Orucov, Qazax rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Natiq Eyyubov, Qazax rayon Əmlak Məsələləri Dövlət Komitəsinin 12-saylı ərazi şöbəsinin məsləhətçisi torpaq müfəttişi Yusif Yusifov cənabları öz qulluq mövqeylərindən istifadə etməklə meşədə meyvə ağaclarının kəsiminə bilavasitə rəhbərlik edirlər. Şikayətçi onu da qeyd edir ki, kəsilmiş ağacların yeri isə qanunsuz olaraq vətəndaşlara satılır.Qazax rayon sakini İ. Əliyev şikayətində göstərir ki, 07-09-2017 ci il tarixdə etdiyi şikayət əsasında yoxlamalar aparldı.26-sentyabr 2017-ci il tarixdə 2-saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən yoxlamanın nəticəsi barədə “45060 saylı AKT” tərtib olundu. Aktda diametri 100sm olan bir ədəd, 70sm olan üç ədəd, 80sm olan bir ədəd, 60sm olan bir ədəd- cəmi 6-ədəd, diametri 60sm olan bir ədəd Tut, diametri 12sm olan on ədəd “göyrüc”, diametri 16sm olan 10 ədəd “göyruc” vədiametri 20sm olan iki ədəd “göyric” cəmi 23 ədəd ağacların kök üstə yaş halda qanunsuz kəsilməsi göstərilmişdir. Əlavə olaraq N 24 damğası ilədamğalanması da aktda öz əksini tapmışdır. Şikayətçi bildirir ki, bu yoxlamadan sonra əksinə olaraq dahada çox ağacların kəsilməsi başladı. Vetenperverler.az olaraq bildiririk ki, vətəndaş müraciəti və saytımıza təqdim olunan materiallarla bağlı araşdırmalarımızı davam etdiririk.
Bizi izləyin.
Onuda qeyd edək ki, Qazax rayonu ərazisində yerləşən “Ceyrançöl” meşəliyində meyvə və digər qiymətli ağaclarının qırılması ilə bağlı çikayətçi ittihamlar səsləndirib. Vəziyəti yerində müşahidə edib, araşdırma aparmaq üçün Vetenperverler.az komandası Qazax rayonunda olub. Əməkdaşlarımız meşənin hazırki vəziyyəti ilə bağlı reportaj hazırlayıb.
Həmin reportajı sizlərə təqdim edirik:
İnanırıq ki, yazı ilə bağlı Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov özbaşına idarə müdirləri ilə bağlı ciddi ölçü götürəcək…

Paytaxt.org

Şərhlər

XƏBƏR LENTİ