Rəcəb Babaşov hədəfdə - Cavid Qurbanov da onu qoruya bilmir
Hazırda Qazax rayonu icra hakimiyyətinin başçısı postunu tutan və zamanında Vergi Ödəyiciləri Departamentinin rəisi olmuş Rəcəb Babaşov da sabiq Vergilər Naziri Fazil Məmmədovun yaxın adamı kimi hədəfə çevrilib. Bu barədə bilgili qaynaqlardan informasiya verilib.
Xəbəri verən mənbənin söylədikləri: "Doğrudur, Rəcəb Babaşovun Dəmiryolu idarəsinin rəisi Cavid Qurbanovla da sıx əlaqələri var və elə hazırda da Cavid Qurbanova sığınıb. Amma istənilən halda uzun müddət Fazil Məmmədovun himayəsində olmuş və onun hesabına böyük sərvət qazanmış Bababşovun sabiq nazirlə dostluğu da diqqətdən kənarda deyil. Elə bu yaxınlarda Babaşov Qazaxdan Fazil Məmmədovun adına bir neçə "Gəncə səbəti" də yollayıb. Heç nə nəzərdən yayınmır və bütün bu faktlar nəhayətdə Babaşovu hədəfə çevirməkdədir".
Mənbə açıqlamasında iddia edir ki, yaxın vaxtlarda Babaşovla bağlı qərar veriləcək.
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...