QUBA RİH-DƏ VƏRƏM XƏSTƏSİ HANSI HAQSIZLIQLARLA ÜZ-ÜZƏ QALIB?
Quba rayon sakini Davud Manafov redaksiyamıza üz tutaraq, rayonun aidiyyəti qurumları tərəfindən olmazın haqsızlıqlarla üz-üzə qaldığını bildirir. O, vurğulayır ki, «hərbi xidmət dövrü səhhətimdə əmələ gələn problemlər səbəbindən, düz 37 ildir ki, vərəm xəstəsiyəm. Rayonun Səhiyyə Şöbəsinin rəhbərliyi müalicə və müayinəmlə bağlı müraciətlərimi qulaqardına vurur və mənə hər hansı dərman preparatlarının verilməsində kömək əlini uzatmır. Bu cür haqsızlıqlarla üz-üzə qaldığımdan və problemlərimin həllinə kömək göstərilməsi məqsədilə bir müddət bundan əvvəl RİH Aparatında olsam da, təəssüflər olsun ki, adı çəkilən qurumda müavin vəzifəsini daşıyanlar sanki məni qapıdan «it kimi qovdular». Son anda məcbur olub Bakı şəhərindəki 6 saylı Vərəm Dispanserinə üz tutdum. Çünki, səhhətimdəki ağrılar günü-gündən çoxalır və məni heç cür rahat buraxmırdı. Başa düşə bilmirəm ki, Quba rayon Səhiyyə Şöbəsi dövlətin vərəm xəstəsi olanlara ayırdığı dərmanları, bir çox vəsaitləri və s. hara «qeybə» çəkdirir ki, mən və mənim kimi olanlar belə bir dərdə düşürük. Dövlətimiz bizə diqqət göstərir, rayondakı vəzifə sahibləri isə bizə «buynuz» göstərirlər. Onların atdıqları addımlar, birbaşa ölkə rəhbərinin həyata keçirdiyi siyasətə edilən xəyanətdən başqa bir şey deyil».
Davud Manafovun redaksiyamıza açıqladıqları onu sübut edir ki, bu gün Quba səhiyyəsinə rəhbərlik edənləri heç də xalq, dövlət mənafeyi deyil, digər maraqlarının təminatı düşündürür. Düşünürük ki, Səhiyyə Nazirliyinin rəhbərliyi yaşanan olayla bağlı məlumatlı olduqdan sonra, müvafiq addımlarını atıb «yek» qərarını verəcək.
azerinfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...