SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Abıyevdən “bandotdelə” şikayət edildi- 70 min dollar mənimsəyib

Abıyevdən “bandotdelə” şikayət edildi- 70 min dollar mənimsəyib

Tarix:

20-02-2018, 10:55

/ 1 585 dəfə oxundu.
Abıyevdən “bandotdelə” şikayət edildi- 70 min dollar mənimsəyib

Son vaxtlarda Daşkəsən icra hakimiyyəti başçısı Əhəd Abıyev və qohumlarının adı müxtəlif qalmaqallarda hallanır.
Az müddət əvvəl aprel qazisi , Lələtəpə uğrunda gedən döyüşlərdə ağır yaralanmış Arzu Məmmədov mediaya müraciət edərək bildirmişdi ki, 1 il 10 aydır ki, hospitalda davamlı müalicə alır. Bu müddət ərzində 5 dəfə amputasiya olunmuş qolundan, 1 dəfə də ayağından əməliyyat olub. Ayağının əməliyyatı zamanı siniri zədələndiyi üçün hələ də reabilitasiya da müalicə alır. Qolu isə heç sağalmır.
A. Məmmədov Hədəf14.az-a bildirib ki, müalicə almaq məqsədiylə yaralandığı vaxtdan Bakı şəhərində ailəsiylə birgə kirayədə yaşayır. Heç bir yerdən maddi dəstəyi olmadığını deyən qazi ata-anası yaşlı təqadüçü insalar olduğunu qeyde edib.

Atası oğlunun gözünü əməliyyat etdirmək üçün hələ illər öncə evini satıb.

Qazi Məmmədov Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin qəbulunda olduğunu bildriib. Mənzillə bağlı dərdini icra başçısına danışanda isə onun cavabı belə olur: "Bizim rayonda bunun üçün torpaq sahəsi və ya mənzil yoxdur”. Ancaq Gəncə şəhərində olduğunu və başçısı Elmar Vəliyevlə danışıb həll edəcək. Amma bunun üçün qaziyə Daşkəsən rayonundan qeydiyyatdan çıxıb, Gəncə şəhərində qeydiyyata düşməli olmalısan deyiblər.

"Bizi Əhəd Abıyevin işçisi icra hakimiyyətinin hüquqşünası İlhamə Bayramova əmin etdi ki, narahat olmayın. O, bildirdi ki, Əhəd müəllim kömək edəcək. Mən də bu söhbətdən əmin olaraq Gəncəyə qeydiyyata düşdüm. Daha sonra bu barədə İlhamə xanıma məlumat verdim.

I. Bayramova bir neçə gün sonra mənə zəng edib bildirdi ki, Əhəd müəllim ev məsələsini həll edib. Bizi Gəncədə 4 otaqlı tam əşyalı evlə təmin edəcəklərini, lakin bunun üçün 20 min (20.000) Azn lazım olduğunu bildirib. O qədər pulun olmadığını dedikdə isə mənə bu halda başqa cür alınmadığını dedi.
Ailəmlə məsləhətləşdikdən sonra 13.min Azn valideynlərim 7 min Azn isə özüm borc tapıb 20.000 manatı İlhamə Bayramovaya verdim. Zülm bundan sonra başladı”.
"Beləliklə hər gün "ev nə oldu” sualıma "düzələcək” olurdu. Daha sonra İ. Bayramovanın dələduzluqda ittiham olunaraq həb olunduğunu dedilər. Sonra mənə məlum oldu ki, o azadlıqdadır. Həbs olunmayıb. Biz bununla bağlı polisə şikayət ətizəsi ilə müraciət etdik. Ən acınacaqlısı isə mənim kimi bir başqa qazinin də aldanıb. Həmin qaziyə də ev verəcəkləri vədi ilə pul alıb. Maraqlıdır, bu insan niyə hələ də həbs olunmayıb? Görünür bu şəxs Əhəd Abıyevlə əlbirdir və arxasında bu şəxs dayanır.”
Bu məlumatdan sonra Əhəd Abıyev açıqlama verdi ki, bu ona qarşı düşmən olan qüvvə\lərin quramasıdı və sairə.
Ancaq görünən odur ki, Abıyevlərin adı dəfələrlə pul fırıldağında hallanıb.
Onun Masallı icra hakimiyyətində işləyən qardaşı Nadir Abıyev və Əmək və Əhalinin Sosial Müdafi Nazirliyində məsul vəzifə tutan qardaşı oğlu Səyab Abıyevin də adı maxinasiyalarda hallanır.
Obyektiv.info-ya müraciət edən ağdamlı sahibkar Allahverdiyev Gündüz Fəxrəddin oğlu bildirib ki, 2 il əvvəl Sumqayıt şəhərində əllillər üçün nəzərdə tutulmuş binanın inşası üçün keçirilən tenderin qalibi olmaq üçün 70 min dollar veriblər.
Lakin pul verilsə də, üstündən xeyli müddət keçsə də Səyab Abıyevdən xəbər çıxmayıb. Sahibkarlar pullarını geri tələb edəndə Səyab Abıyev onları Daşkəsən icra başçısı Əhəd Abıyevlə və Gəncədə polis rəisi işləyən diğər əmisinin adı ilə təhdid edib, onları şərlədib tutduracağı ilə hədələyib.
Arada Nadir Abıyev şikayətçilərə oğlunun aldığı pulu qaytarmağı vəd etsə də dediyinə əməl etməyib.
Səyab Abıyevin fırıldaqçılığı ilə bağlı ölkə rəıhbərliyinə müraciət edilib. Habelə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tədqiqat başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ