SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Göygöl rayon məşğulluq mərkəzinə müraciət etdim..." - GİLEY

"Göygöl rayon məşğulluq mərkəzinə müraciət etdim..." - GİLEY

Tarix:

15-02-2018, 21:14

/ 2 083 dəfə oxundu.
"Göygöl rayon məşğulluq mərkəzinə müraciət etdim..." - GİLEY

Redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Yazan Göygöl sakini bildirir:

"Mən Şərifov Emin Mübariz oğlu 1984 cü ildə Göygöl rayonunda anadan olmuşam və 3 cü qurup əliləm. 47 manat müavinət alıram, bu heç mənim dərman pulum etmir. Dəfələrlə Göygöl rayon məşğulluq mərkəinə müraciət etsəm də, mənə iş verən olmayıb. Sonuncu dəfə 08.01.2018-ci il tarixinddə Göygöl rayon məşğulluq mərkəzinə müraciət etdim. Mərkəzin yeni təyin olunmuş müdiri mənə bildirdi ki, ""Qurupba"nız var sizə nə iş verim."

Elə həmin günü mən gəlib Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin facebook səhfəsinə yazdım. Nazirlikdən bildirdilər ki, müraciətiniz müvafiq şöbəyə göndərildi. 16.01.2018 ci ildə müraciətimlə yenidən nazirliyin facebook səhfəsindən maraqlanandım, mənə yazdılar "Müraciətə baxılma müdəti 30 günədəkdir. "Elə çox çəkmədi ki, məni rayonumuzun məşğulluq mərkəzinin müdiri telefon ilə çağırtdırdı. Orada ""Qurupba"nız var sizə nə iş verim" deyən müdir indi mənə dedi ki, "Mənzil komunal idarəsində iş var işləyərsinizmi." Mən isə razı olmadım çünki, aylıq əməkhaqqı 120 azn, iş isə çox ağır idi.

Məşğulluq mərkəzinin müdiri mənə bildirdi ki, "Onda bizimlə əlaqə saxlayarsan." Bir həftədən sonra mərkəzə zəng vurdum. Müdir mənə dedi ki, "Mənzil komunal idarəsinə getmək istəyirsənsə, gəl" Mən yenə razı olmadım. 30.01.2018 ci ildə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin 142 saylı qaynar xəttinə zəng etdim müraciətimi olduğu kimi danışdım. 02.02.2018 ci ildə yenidən məni məşğulluq mərkəzinə telfon ilə çağırdılar. Oranın əməkdaşı Rima Kazımova və müdir mənə bildirdilər ki, "Hara zəng etmisən?! Niyə zəng etmisən."

Onu da qeyd edim ki, mən ilk dəfə məşğulluq mərkəzinə müraciət etdiyim vaxtı kiçik qardaşım da müraciət edib, ona da Mənzil komunal idarəsində işləməyi təklif ediblər. Hal-hazırda mən işsizəm".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ